Bəqərə - 2:138 Budur Allahın sistemi! Kimin sistemi Allahınkindən daha yaxşıdır? "Biz yalnız Ona qulluq edərik."
Müxtəlif zənn, təxmin, şəxsi baxışlarla qanunlar, haramlar uydurub Allaha aid edən və beləcə insanları Allahın dinindən / doğru yoldan azdıranlara istinad:
Ənam/6:119 Sizə nə olur ki, üzərində Allahın ismi xatırlananlardan yemirsiniz? Halbuki məcburi hallar xaricində sizə qadağan edilənləri təfsilatı ilə sizə açıqlamışdır. Bir çoxları, biliyə əsaslanmayan şəxsi fikirləriylə insanları azdırır. Rəbbin həddi aşanları ən yaxşı biləndir.
Ənam/6:93 Allah adına yalan uydurandan və özünə heç bir şey vəhy edilmədiyi halda, "Mənə vəhy edilir," deyəndən və "Allahın endirdiyi kimi mən də endirəcəyəm," deyəndən daha zalım kim ola bilər? Can verdikləri vaxt zalımları bir görəsən! Mələklər, əllərini uzatmışdır: "Canınızı verin! Allah haqqında gerçək olmayanı söyləmənizə və Onun ayələrini (vəhyini və möcüzələrini) kibr və qürurla qarşılamanıza görə bu gün utandırıcı əzabla cəzalandırılacaqsınız."
Ənam/6:112 Beləcə, hər peyğəmbərə insanlardan və cinlərdən olan şeytanları düşmən etdik. Aldatmaq üçün bir-birlərinə yaldızlı sözləri vəhy edərlər. Rəbbin istəsəydi, bunu edə bilməzdilər. Onlara və etdikləri iftiralara əhəmiyyət vermə.
Ənam/6:113 Axirətə iman etməyənlərin qəlbi ona aldansın, ondan xoşlansın və gerçəkdən etmək istədiklərini edə bilsinlər deyə...
Ənam/6:118 Ayələrinə iman edirsinizsə, üzərində Allahın ismi xatırlananlardan yeyin.
Ənam/6:121 Üzərində Allahın adı xatırlanmayanlardan yeməyin. Çünki o, yoldan çıxmaqdır. Şeytanlar, sizinlə mübahisə etmələri üçün dostlarına vəhy edər. Onlara tabe olsanız, siz də ortaq qoşmuş olarsınız.
Ənam/6:136 Allahın yaratdığı əkinlərdən və kənd təsərrüfatı heyvanlarından Ona bir pay ayıraraq, (öz) başlarına görə, "Bu Allahın, bu da ortaqlarımızındır," dedilər. Ortaqlarının payı Allaha yetişmir; ancaq Allahın payı ortaqlarına yetişir! Necə də pis hökm verirlər.
Ənam/6:138 Zənlərinə görə belə dedilər: "Bunlar toxunulmaz kənd təsərrüfatı heyvanları və əkinlərdir. İstədiyimizdən başqası bunları yeyə bilməz." Minilməsi qadağan edilən kənd təsərrüfatı heyvanları... Allahın ismini üzərlərində xatırlamadıqları kənd təsərrüfatı heyvanları... (Müxtəlif haramları) Ona isnad etdilər. Onları iftiralarıyla cəzalandıracaqdır.
Ənam/6:140 Cəhalətləri üzündən Allaha iftiralar edərək övladlarını axmaqca öldürənlər və Allahın onlara verdiyi ruziləri haram edənlər ziyana uğramışlardır, azmışlardır. Doğrunu görə bilməzlər.
Ənam/6:144 Dəvədən iki, inəkdən iki. De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkinimi? Allahın sizə belə əmr etdiyinə şahidmi oldunuz? İnsanları biliksizcə yoldan azdırmaq üçün, yalan uydurub onları Allaha isnad edənlərdən daha zalım kim ola bilər? Allah zalım topluluğu doğru yola yönəltməz."

Yunus/10:59 De ki, "Allahın sizə endirdiyi ruzilərin bir qismini halal, bir qismini də haram etdiyinizi görmürsünüzmü?" De ki, "Allahmı sizə izin verdi, yoxsa Allaha iftiramı edirsiniz?"
Yunus/10:66 Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.

Hud/11:18 Uydurma olan şeyləri Allaha isnad edəndən daha zalım kim ola bilər? Onlar Rəblərinin hüzuruna çıxarılar və şahidlər: "Bax, Rəbləri haqqında yalan uyduranlar bunlardır," deyəcəklər. Allahın lənəti zalımlaradır.
Hud/11:19 Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Onlar axirəti də inkar edərlər.

Yusuf/12:40 "Ondan başqa qulluq/xidmət etdikləriniz, sizin və atalarınızın uydurduğu isimlərdən ibarətdir. Allah haqqında bir dəlil endirməmişdir. Hökm, ancaq Allahındır. Yalnızca Özünə qulluq etmənizi əmr etmişdir. Ən doğru din bax budur. Halbuki insanların çoxu bunu bilmir."

Ənkəbut/29:17 "Yalan uydurub Allahdan başqa bütlərə qulluq/xidmət edirsiniz. Allahdan başqa xidmət etdikləriniz sizə heç bir ruzi verə bilməz. Elə isə ruzinizi sadəcə Allahın yanında axtarın, Ona qulluq edin və Ona şükür edin; dönüşünüz Onadır."

Loğman/31:6 İnsanlardan bəzisi var ki, insanları bilgisizcə Allahın yolundan azdırmaq və onu kiçik hesab etmək üçün təməlsiz hədislərə sarılarlar. Onlar üçün alçaldıcı bir əzab vardır.

Qaləm/68:39 Yoxsa, istədiyiniz hökmü verə biləcəyinizə dair Dirilmə Gününə qədər davam edəcək bir əminlikmi aldınız Bizdən?