Bəqərə - 2:147
Bu, Rəbbindən gələn gerçəkdir; artıq şübhəyə düşmə.
Əlaqəli:
Ənam/6:114
Allahdan başqa qanun qoyanmı axtarım? O ki sizə kitabı detallı olaraq nazil etmişdir. Özlərinə kitab verdiklərimiz onun Rəbbin tərəfindən nazil edildiyini bilirlər. O halda şübhəyə düşənlərdən olma.
Bəqərə/2:147
Bu, Rəbbindən gələn gerçəkdir; artıq şübhəyə düşmə.
Yunus/10:94
Sənə nazil etdiyimiz haqqında bir şübhən varsa, kitabı (səndən) öncə oxumuşlardan soruş. Sənə Rəbbindən gerçək gəlmişdir. Şübhə edənlərdən olma.
Ali İmran/3:60
Bu, Rəbbindən gələn gerçəkdir; şübhə edənlərdən olma.
Əraf/7:2
Bu, sənə nazil edilən bir kitabdır. Onunla xəbərdar etməyin və iman edənlərə öyüd-nəsihət verməyin üçün sinəndə heç bir şübhə və sıxıntı olmasın.
Nəcm/53:55
O halda Rəbbinin hansı nemətindən şübhə edirsən?