Bəqərə - 2:159
Nazil etdiyimiz açıq-aydın dəlilləri və hidayəti, -Biz kitabda insanlara açıqladıqdan sonra- gizləyənləri həm Allah, həm də lənətləyənlər lənətləyər.
İnkar edənlər Allahın, mələklərin lənətinə layiqdir:
Ali İmran/3:86
İman etdikdən, elçinin doğru olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir camaatı, Allah necə doğruya yönəldər? Allah zalım camaatı hidayətə yetişdirməz.
كَيْفَ يَهْدِي اللّٰهُ قَوْماً كَفَرُوا بَعْدَ ا۪يمَانِهِمْ وَشَهِدُٓوا اَنَّ الرَّسُولَ حَقٌّ وَجَٓاءَهُمُ الْبَيِّنَاتُۜ وَاللّٰهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِم۪ينَ
Ali İmran/3:87
Onlar, həm Allahın, həm mələklərin və həm də insanların lənətini qazanar!
اُو۬لٰٓئِكَ جَزَٓاؤُ۬هُمْ اَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللّٰهِ وَالْمَلٰٓئِكَةِ وَالنَّاسِ اَجْمَع۪ينَۙ
Bəqərə/2:161
İnkar edib inkarçı olaraq ölənlər, onlar, həm Allahın, həm mələklərin və həm də insanların lənətini qazanar!
اِنَّ الَّذ۪ينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ اُو۬لٰٓئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللّٰهِ وَالْمَلٰٓئِكَةِ وَالنَّاسِ اَجْمَع۪ينَۙ