Bəqərə - 2:187
Oruc gecələrində qadınlarınızla cinsi əlaqədə olmağınız sizə halal edildi. Onlar sizin (sirlərinizi gizləyən) örtükləriniz, siz də onların örtüklərisiniz. Allah, özünüzü aldadıb inandırdığınızı bildi, tövbənizi qəbul etdi və sizi bağışladı. Artıq Allahın sizin üçün müəyyən etdiyini diləyərək onlarla cinsi əlaqədə ola bilərsiniz. Şəfəqin ağ və qara ipliyini bir-birindən ayırd edincəyə qədər yeyin-için. Sonra gecəyə qədər orucu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla cinsi əlaqədə olmayın. Bunlar Allahın qoyduğu hüdudlardır; onları pozmayın! Allah, insanların qorunmaları üçün ayələrini bu cür açıqlayır.
Cinsi əlaqə ilə əlaqəli:
Bəqərə/2:222
Səndən aybaşı halını soruşarlar. De ki: “O narahatçılıq verən bir haldır. Aybaşı halında olan qadınlarla cinsi əlaqəyə girməyin və ondan qurtulana qədər onlara yaxınlaşmayın. Qurtulduqları zaman Allahın sizə uyğun gördüyü yerdən onlarla cinsi əlaqədə olun. Allah yönələnləri və təmizlənənləri sevər."
Bəqərə/2:223
Qadınlarınız, (toxum əkdiyiniz) tarlalarınızdır. Tarlanıza istədiyiniz kimi varın. Özünüz üçün gələcəyə hazırlıq görün. Allahı dinləyin və Onunla mütləq qarşılaşacağınızı bilin. İman edənlərə müjdə ver.
Nisa/4:43
Ey iman edənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər, səfərdə olanlar xaric cinsi əlaqədən sonra yuyununcaya qədər namaza durmayın. Xəstə və ya səfərdəsinizsə, yaxud biriniz ayaq yolundan gəlmişsə, yaxud qadınlarla cinsi əlaqəyə girib, su tapa bilməmişsinizsə, təmiz və quru bir torpağa toxunub üzünüzə və əllərinizə sürtərək təyəmmüm edin. Allah Əfv edər, Bağışlayar.
Maidə/5:6
Ey iman edənlər! Namaza qalxdığınız zaman yuyun; üzünüzü, dirsəklərə qədər əllərinizi. Sığallayın: başınızı və topuqlara qədər ayaqlarınızı, əgər cinsi əlaqədə olmuşsunuzsa yuyunun. Xəstə və ya səfərdəsinizsə, yaxud ayaq yolundan gəlmiş, yaxud qadınlarla cinsi əlaqədə olmuş və su tapa bilməmişsinizsə, təmiz bir torpağa yönəlib üzünüzü və qollarınızı onunla sığallayın. Allah sizi çətinliyə salmaq istəməz. Ancaq sizi təmizləmək və üzərinizdəki nemətini tamamlamaq istəyir. Ola bilər ki, şükür edərsiniz.
Bəqərə/2:187