Bəqərə - 2:187 Oruc gecələrində qadınlarınızla cinsi əlaqədə olmağınız sizə halal edildi. Onlar sizin (sirlərinizi gizləyən) örtükləriniz, siz də onların örtüklərisiniz. Allah, özünüzü aldadıb inandırdığınızı bildi, tövbənizi qəbul etdi və sizi bağışladı. Artıq Allahın sizin üçün müəyyən etdiyini diləyərək onlarla cinsi əlaqədə ola bilərsiniz. Şəfəqin ağ və qara ipliyini bir-birindən ayırd edincəyə qədər yeyin-için. Sonra gecəyə qədər orucu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla cinsi əlaqədə olmayın. Bunlar Allahın qoyduğu hüdudlardır; onları pozmayın! Allah, insanların qorunmaları üçün ayələrini bu cür açıqlayır.
Kim Allahın qanunlarını pozarsa:
Bəqərə/2:229 Boşanma iki dəfədir. Boşanmış qadınları ya yaxşılıqla saxlamaq, ya da yaxşılıqla buraxmaq gərəkdir. Onlara verdiyiniz şeyləri geri almanız sizə halal olmaz; hər ikisi Allahın hədlərini qoruya bilməməkdən qorxarlarsa başqa. Allahın hədlərini qoruya bilməməkdən qorxarsınızsa, o zaman qadının istəyərək geri verdiyi şeylərə görə günaha girməzlər. Bunlar Allahın hüdudlarıdır; onları pozmayın! Allahın hüdudlarını kimlər pozarsa, məhz onlar zalımlardır.

Nisa/4:14 Kim Allaha və elçisinə üsyan edər və qanunlarını pozarsa, onu içində sürəkli qalacağı bir atəşə salar. Onun üçün alçaldıcı bir əzab var.

Talaq/65:1 Ey Peyğəmbər, qadınları boşadığınız zaman boşama müddətlərini gözləyin və bu müddəti yaxşıca hesablayın. Rəbbiniz olan Allahı dinləyin. Onları evlərindən çıxartmayın, onlar da çıxmasınlar (pis davranaraq onları buna məcbur etməyin). Ancaq sübut olunmuş bir zina işləmələri bunun xaricindədir. Allahın qanunu budur. Kim Allahın qanununu pozarsa, özünə zülm etmiş olar. Bilməzsən, bəlkə Allah bundan sonra (müsbət) bir iş ortaya çıxarar.