Bəqərə - 2:20 Şimşək az qala gözlərini çıxardacaq! Önlərini aydınlatdıqca işığında gedərlər. Üzərlərinə qaranlıq çöküncə də dayanıb durarlar. Allah istəsəydi eşitmə və görmələrini aradan qaldırardı. Allah hər şeyə gücü yetəndir.
2:20 ilə əlaqəli ayə:
Nur/24:40 Yaxud, yoğun bir sislə (dumanla) birlikdə dalğa üstünə dalğanın örtdüyü əngin bir dənizin ortasındakı qaranlıqlara bənzəyir. Üst-üstə yığılmış qaranlıqlar... İnsan əlini uzatdığı zaman az qala onu belə görə bilməz. Allahın nurdan məhrum etdiyi kimsənin heç bir nuru ola bilməz.

Ənam/6:122 Ölü ikən diriltdiyimiz və insanlar arasında yeriyə biləcəyi bir işıq verdiyimiz kimsə, qaranlıqlar içində olub və ondan çıxa bilməyən kimsə kimi ola bilərmi? İnkar edənlərin etdikləri işlər bu cür süslü göstərilmişdir.