Bəqərə - 2:210 Allahın və mələklərin yoğun buludlar arasından onlara gəlməsinimi gözləyirlər? O zaman hər şey bitərdi və hər şey Allaha döndərilərdi.
Allah və mələklər gəlsəydi hər şey bitərdi:
Ənam/6:8 "Ona mələk endirilməli deyildimi?!"– deyirlər. Bir mələk endirsəydik, iş bitirilmiş olardı, onlara möhlət də verilməzdi.
وَقَالُوا لَوْلَٓا اُنْزِلَ عَلَيْهِ مَلَكٌۜ وَلَوْ اَنْزَلْنَا مَلَكاً لَقُضِيَ الْاَمْرُ ثُمَّ لَا يُنْظَرُونَ

Hicr/15:8 Biz mələkləri ancaq bəlli bir məqsəd üçün göndəririk. O zaman da kimsəyə möhlət verilməz.
مَا نُنَزِّلُ الْمَلٰٓئِكَةَ اِلَّا بِالْحَقِّ وَمَا كَانُٓوا اِذاً مُنْظَر۪ينَ

Fəcr/89:21 Doğrusu, yer toqquşub paralandığı zaman,
كَلَّٓا اِذَا دُكَّتِ الْاَرْضُ دَكاًّ دَكاًّۙ
Fəcr/89:22 Rəbbin, sıralanmış mələklərlə birlikdə gəldiyi zaman,
وَجَٓاءَ رَبُّكَ وَالْمَلَكُ صَفاًّ صَفاًّۚ
Fəcr/89:23 (Ona görə) ki, cəhənnəm də o gün gətirilmişdir. Bax o gün insan anlayacaqdır. Artıq anlamanın ona nə faydası var ki!
وَج۪ٓيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْاِنْسَانُ وَاَنّٰى لَهُ الذِّكْرٰىۜ

Furqan/25:25 Göyün bulud kütlələri halında parçalanacağı və mələklərin cəm halda endirildiyi gün,
وَيَوْمَ تَشَقَّقُ السَّمَٓاءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلٰٓئِكَةُ تَنْز۪يلاً
Furqan/25:26 Məhz o gün, hakimiyyət bütünlüklə və mütləq olaraq Rəhmanındır. İnkar edənlər üçün çətin bir gün olacaqdır.
اَلْمُلْكُ يَوْمَئِذٍۨ الْحَقُّ لِلرَّحْمٰنِۜ وَكَانَ يَوْماً عَلَى الْكَافِر۪ينَ عَس۪يراً

Haqqə/69:16 Göy yarılmışdır, parçalanmışdır.
وَانْشَقَّتِ السَّمَٓاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌۙ
Haqqə/69:17 Mələklər hər yandadır. Rəbbinin hökmranlığı o gün səkkiz (aləm) üzərində hakim olacaqdır.
وَالْمَلَكُ عَلٰٓى اَرْجَٓائِهَاۜ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌۜ