Bəqərə - 2:212 kafirlər üçün Dünya həyatı cəlbedicidir. Buna görə iman edənləri məsxərəyə qoyarlar. Halbuki müttəqilər Dirilmə Günü onlardan üstün olacaqdır. Allah istədiyinə hesabsız şəkildə nemətlər bəxş edər.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.