Bəqərə - 2:214 Yoxsa siz, sizdən öncəkilərin başına gələnlərin bənzəri sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınızımı sanırsınız? Onlar çətinlik və sıxıntıya uğradılar və elə sarsılmışdılar ki, elçi və bərabərindəki iman edənlər, “Allahın yardımı nə zamandır?”– dedilər. Yaxşı bilin ki, Allahın yardımı yaxındır.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.