Bəqərə - 2:253
O elçilərin bəzisinə digərlərindən daha çox lütf göstərdik. Örnək olaraq, bəziləriylə Allah danışdı, bəzilərini də dərəcələrlə yüksəltdi. Məryəm oğlu İsaya açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Allah istəsəydi, onların ardından gələnlər onlara açıq-aşkar dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Bəzisi iman etdi, bəzisi inkar etdi. Allah istəsəydi, bir-biriləri ilə savaşmazdılar. Fəqət, Allah istədiyini edər.
Quranda Ruh:
Bəqərə/2:87
Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
Bəqərə/2:253
O elçilərin bəzisinə digərlərindən daha çox lütf göstərdik. Örnək olaraq, bəziləriylə Allah danışdı, bəzilərini də dərəcələrlə yüksəltdi. Məryəm oğlu İsaya açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Allah istəsəydi, onların ardından gələnlər onlara açıq-aşkar dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Bəzisi iman etdi, bəzisi inkar etdi. Allah istəsəydi, bir-biriləri ilə savaşmazdılar. Fəqət, Allah istədiyini edər.
Maidə/5:110
Allah deyəcək ki: "Ey Məryəm oğlu İsa! Sənə və anana bəxş etdiyim nemətimi xatırla. Səni Müqəddəs Ruh ilə dəstəkləmişdim; beləcə beşikdə ikən də, yetkin çağında da insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. İznimlə palçıqdan quş heykəli yaradırdın və ona üfürüncə də iznimlə quş olurdu. Koru və cüzam xəstəliyinə tutulanı iznimlə yaxşılaşdırırdın. Yenə Mənim iznimlə ölüləri dirildirdin. İsrail oğullarına açıq-aşkar dəlillər gətirmənə rəğmən, içərilərindəki inkar edənlər, "Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir," - demişdilər, sonra da səni onlardan qurtarmışdım.
İsra/17:85
Səndən ruh (vəhy) haqqında soruşarlar. De ki: "Vəhy Rəbbimdən gəlir. Sizə verilən bilgi isə çox azdır."
Nəhl/16:102
De ki: "İman edənləri sağlamlaşdırsın, müsəlmanlara bir yol göstərici və müjdə olsun deyə Müqəddəs Ruh onu Rəbbindən gerçəklə nazil etdi."
Şuəra/26:192
Bu, aləmlərin Rəbbinin nazil etdiyi vəhydir.
Şuəra/26:193
Onu güvənilir Ruh (Cəbrail) nazil etmişdir.
Şuəra/26:194
Sənin qəlbinə... xəbərdar edənlərdən biri olasan deyə.
Şura/42:52
Biz beləcə sənə qatımızdan bir ruh vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Ancaq onu, istədiyimiz qulları doğruya yetişdirən bir nur etdik. Sən əlbəttə doğru yola bələdçilik edirsən.
Məaric/70:4
Mələklər və Ruh (vəhy/komandalar/Cəbrail), əlli min ilə bərabər bir gün içində Ona yüksəlir.
Nəbə/78:38
Gün gələcək Ruh və mələklər cərgə-cərgə durarlar. Rəhmanın izin verdiklərindən başqa heç kimsə danışa bilməz. Onlar da doğrunu söyləyərlər.
Qədr/97:3
Qüdrət Gecəsi min aydan daha xeyirlidir.
Qədr/97:4
Mələklər və Ruh (Cəbrail) o gecə Rəblərinin izni ilə bütün əmrləri yerinə yetirmək üçün enərlər.
Bəqərə/2:97
Bunu de: “Özündən öncəkiləri təsdiqləyici, iman edənlərə yol göstərici və müjdə olaraq Allahın izni ilə bunu qəlbinə nazil edən Cəbrailə hər kim düşmən olarsa,