Bəqərə - 2:255
Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.
Göylərdə və yerdə olanlar Allahın istədiyi qədər biliyə sahibdir:
Bəqərə/2:31
Adəmə bütün isimləri (vəsfləri) öyrətdi, sonra onları mələklərə göstərib, "Doğrusunuzsa, bunların isimlərini (xüsusiyyətlərini, vəsflərini) siz mənə bildirin," dedi.
Bəqərə/2:32
Dedilər: “Sən Ucasan, Sənin bizə öyrətdiyindən başqa bir biliyimiz yoxdur! Sən Bilənsən, Hikmət Sahibisən!”