Bəqərə - 2:256
Dində məcburiyyət yoxdur. Artıq doğruluq, azğınlıqdan ayrılmışdır. Kim ki, tağutu (despotları və şeytani doktrinaları) inkar edib Allaha iman edirsə, qırılmaz və sağlam bir bağdan yapışmışdır. Allah Eşidir, Bilir.
Dində məcburiyyət yoxdur:
Bəqərə/2:256
Dində məcburiyyət yoxdur. Artıq doğruluq, azğınlıqdan ayrılmışdır. Kim ki, tağutu (despotları və şeytani doktrinaları) inkar edib Allaha iman edirsə, qırılmaz və sağlam bir bağdan yapışmışdır. Allah Eşidir, Bilir.
Nisa/4:80
Elçiyə itaət edən, Allaha itaət etmiş olar. Kim üz çevirərsə çevirsin; Biz səni onların üzərinə gözətçi göndərmədik.
Ənam/6:104
Rəbbinizdən sizə aydınladıcı bilgilər gəlmişdir. Kim görərsə öz xeyrinə, kim korluq edərsə öz zərərinədir. Mən üzərinizdə nəzarətçi deyiləm.
Ənam/6:107
Allah istəsəydi, ortaq qoşmazdılar. Səni onların üzərinə gözətçi qoymadıq. Onların vəkili də deyilsən.
Yunus/10:99
Rəbbin istəsəydi, yer üzündəkilərin hamısı iman edərdi. Elə isə, sənmi insanları iman etmələri üçün məcbur edəcəksən?
Hud/11:27
Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
Hud/11:28
Dedi ki: "Ey xalqım! Əgər mən Rəbbimdən gələn qəti bir dəlilə sahibəmsə və mənə bir rəhmət bəxş edibsə, bunlar gözünüzə görünmürsə (onda necə)? Siz onu istəmədiyiniz halda, biz sizi ona məcburmu edəcəyik?"
Kəhf/18:29
De ki, "Bu gerçək sənin Rəbbindəndir." İstəyən iman etsin, istəyən inkar etsin. Biz zalımlar üçün onları hər tərəfdən bürüyəcək bir atəş hazırladıq. Onlar hər nə vaxt fəryad edərək yardım istəsələr, konsentratlı turşu kimi üzləri qaynadan su verilər. Necə də pis bir içəcək, necə də pis bir sondur!"
Zumər/39:15
"Siz də Ondan başqa istədiyinizə qulluq/xidmət edin." De ki, "Əsl ziyana uğrayanlar, axirət günündə özlərini və ailələrini ziyana uğradanlardır." Açıq-aşkar ziyan budur.
Şura/42:48
Üz çevirirlərsə, Biz səni onlara bir nəzarətçi olaraq göndərmədik. Sənin öhdənə düşən sadəcə bildirməkdir. Biz insana Öz tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla sevinir; Amma öz etdiklərinin bir nəticəsi olaraq başlarına bir pislik gəlsə, o zaman insan nankorlaşır.
Qaf/50:45
Biz onların nə danışdığını yaxşı bilirik. Sən onların üzərində zor tətbiq edən deyilsən. Xəbərdarlıqlarımdan qorxanlara sən bu Quran ilə öyüd ver.
Ğaşiyə/88:21
Xatırlat, çünki sən xatırladıcısan.
Ğaşiyə/88:22
Sən onları məcbur edən deyilsən.