Bəqərə - 2:256 Dində məcburiyyət yoxdur. Artıq doğruluq, azğınlıqdan ayrılmışdır. Kim ki, tağutu (despotları və şeytani doktrinaları) inkar edib Allaha iman edirsə, qırılmaz və sağlam bir bağdan yapışmışdır. Allah Eşidir, Bilir.
Allah doğruluğu azğınlıqdan necə ayırır?
Yunus/10:32 Bax Gerçək Rəbbiniz Alah budur. Elə isə gerçəkdən sonra azğınlıqdan başqa nə qalır? Necə də çevrilirsiniz?

Rad/13:17 Göydən bir su endirir və dərələr onunla dolar-daşar və sel bol köpük yüklənər. Eyni şəkildə, bəzək şeyləri, yaxud əşya düzəltmək üçün əritdikləri maddələrdən də bənzər bir köpük əldə edərlər. Allah gerçəyi və batili belə bir örnəklə tanıdır. Köpük, yox olub gedər; ancaq insanlara fayda verən isə yerdə qalır. Bax Allah örnəkləri bu cür verir.

Ənbiya/21:18 Xeyr, Biz gerçəyi batilin üstünə atarıq, sonra da onu məğlub edib məhv edər. (Allaha) isnad etdiklərinizdən ötrü vay halınıza.

Səba/34:48 De ki, "Mənim Rəbbim gerçəyi təsirli edər. O bütün gizli olan şeyləri Biləndir."
Səba/34:49 De ki, "Gerçək gəlmişdir; Batil isə nə yeni bir şeyi yarada bilər, nə də təkrarlaya bilər."

Şura/42:24 Onlar, "O, Allah haqqında yalan uydurdu." deyirlər, eləmi? Allah istəsə, sənin qəlbini möhürləyər. Allah yanlışı silər və sözləri ilə gerçəyi yerləşdirər. O ən gizli düşüncələri bilir.

Rad/13:1 Əlif. Ləm. Mim. Ra. Bu (hərflər), Kitabın möcüzələridir. Rəbbindən sənə nazil edilən, gerçəkdir; fəqət insanların çoxu iman etməz.