Bəqərə - 2:256 Dində məcburiyyət yoxdur. Artıq doğruluq, azğınlıqdan ayrılmışdır. Kim ki, tağutu (despotları və şeytani doktrinaları) inkar edib Allaha iman edirsə, qırılmaz və sağlam bir bağdan yapışmışdır. Allah Eşidir, Bilir.
Kim Allaha iman edirsə, qopmaz və sağlam bir bağa yapışmışdır:
Loğman/31:22 Kim, gözəl davranaraq tamamilə Allaha yönələrsə, ən sağlam bağdan yapışmış olar. Bütün işləri Allah kontrol edər.

Ali İmran/3:103 Allahın ipinə birlikdə daha möhkəm sarılın; ayrılığa düşməyin. Allahın sizə olan nemətini xatırlayın. Siz bir-birinizə düşmənlər idiniz, qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaşlar oldunuz. Bir atəş çuxurunun kənarında idiniz, sizi ondan qurtardı. Yola gələsiniz deyə Allah ayələrini belə açıqlayır.

Zumər/39:17 Kim Tağuta (Azğına) qulluq etməkdən çəkinər və Allaha yönələrsə, onlar üçün müjdə vardır. Qullarımı müjdələ!

Təğabun/64:11 Başa nə gəlirsə, Allahın izni ilədir. Kim Allaha iman edərsə, könlünə yön göstərər. Allah hər şeyi biləndir.