Bəqərə - 2:258 Allah özünə hökmdarlıq verdiyi halda, İbrahim ilə Rəbbi haqqında höcətləşən diqqətini çəkmədimi? İbrahim, “Mənim Rəbbim odur ki, dirildir və öldürür," - deyincə, "Mən də dirildir və öldürürəm," - demişdi. İbrahim, “Allah günəşi məşriqdən gətirir. Sən də məğribdən gətirsənə," – deyincə inkarçı adam məəttəl qalmışdı. Allah zalım camaatı doğruya yetişdirməz.
"Allah zalım camaatı doğruya yönəltməz.": Əlaqəli
Ənfal/8:53 Çünki, bir topluluq özlərini dəyişdirmədikcə, Allah onlara verdiyi nemətləri dəyişdirməyəcəkdir. Allah Eşidəndir, Biləndir.

Yunus/10:100 Heç bir kəs Allahın izni olmadan iman edə bilməz və O, ağıllarını istifadə etməyənləri rəzilliyə məhkum edər.

Rad/13:11 (Onların hər biri üçün) önündən və ardından nöbələşərək izləyənlər vardır. Onu Allahın əmri ilə qoruyurlar. Bir topluluq özünü dəyişdirmədikcə Allah onların durumunu dəyişdirməz. Allah bir topluluq üçün fənalıq istədisə, heç bir güc onu durdura bilməz; onların Ondan başqa bir qoruyub müdafiə edənləri də olmaz.

Bəqərə/2:258 Allah özünə hökmdarlıq verdiyi halda, İbrahim ilə Rəbbi haqqında höcətləşən diqqətini çəkmədimi? İbrahim, “Mənim Rəbbim odur ki, dirildir və öldürür," - deyincə, "Mən də dirildir və öldürürəm," - demişdi. İbrahim, “Allah günəşi məşriqdən gətirir. Sən də məğribdən gətirsənə," – deyincə inkarçı adam məəttəl qalmışdı. Allah zalım camaatı doğruya yetişdirməz.

Ali İmran/3:86 İman etdikdən, elçinin doğru olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir camaatı, Allah necə doğruya yönəldər? Allah zalım camaatı hidayətə yetişdirməz.

Maidə/5:51 Ey iman edənlər! Yəhudiləri və Xristianları dost qəbul etməyin! Onlar bir-birlərinin dostudur. Sizdən kim onlarla dost olarsa, onlardan sayılır. Allah zalım camaatı doğru yola yönəltməz.

Ənam/6:144 Dəvədən iki, inəkdən iki. De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkinimi? Allahın sizə belə əmr etdiyinə şahidmi oldunuz? İnsanları biliksizcə yoldan azdırmaq üçün, yalan uydurub onları Allaha isnad edənlərdən daha zalım kim ola bilər? Allah zalım topluluğu doğru yola yönəltməz."

Tovbə/9:19 Hacılara su vermə və Müqəddəs Məscidi ziyarətə hazır etmə işini, Allaha və Axirət gününə iman etmə, namazı qoruma, zəkat vermə və Allah yolunda cihad etmə ilə eynimi tutursunuz? Allahın yanında onlar eyni deyildir. Allah zalım camaatı doğruya yönəltməz.

Cumuə/62:5 Özlərinə Tövrat verilib və onun tələbini yerinə yetirməyənlərin örnəyi, kitablar daşıyan eşşəyin vəziyyətinə bənzəyir. Allahın ayələrini yalanlayan topluluğun vəziyyəti necə də pisdir. Allah zalım camaatı doğruya yetişdirməz.

Saff/61:7 İslama dəvət edildiyi halda, Allah haqqında yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım topluluğu doğruya yönəltməz.