Bəqərə - 2:258
Allah özünə hökmdarlıq verdiyi halda, İbrahim ilə Rəbbi haqqında höcətləşən diqqətini çəkmədimi? İbrahim, “Mənim Rəbbim odur ki, dirildir və öldürür," - deyincə, "Mən də dirildir və öldürürəm," - demişdi. İbrahim, “Allah günəşi məşriqdən gətirir. Sən də məğribdən gətirsənə," – deyincə inkarçı adam məəttəl qalmışdı. Allah zalım camaatı doğruya yetişdirməz.
Rəbbimiz İbrahim peyğəmbərə mübahisə metodunu öyrətmişdir:
Ənam/6:80
Xalqı onunla mübahisə etdi. "Məni doğruya yönəltdiyi halda, mənimlə hələ də Allah haqqında mübahisəmi edirsiniz? Rəbbim bir şey diləmədikcə sizin ortaq qoşduqlarınızdan qorxmuram... Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Öyüd almırsınız?"
Ənam/6:81
"Allahın, özləri haqqında sizə heç bir dəlil vermədiklərini, Ona ortaq qoşmaqdan qorxmadığınız halda mən necə ola bilər ki, sizin ortaq qoşduqlarınızdan qorxa bilərəm? Hansı tərəf təhlükəsizliyə daha çox layiqdir? Bir bilsəniz!"
Ənam/6:82
İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Ənam/6:83
Bunlar, xalqına qarşı istifadə etməsi üçün İbrahimə verdiyimiz mübahisə üsuludur. İstədiyimizi dərəcələrlə yüksəldərik. Rəbbin Hikmət sahibidir, Biləndir.