Bəqərə - 2:265 Allahın razılığını qazanmaq istədikləri və buna razı olduqları üçün paralarını (pullarını) xərcləyənlərin örnəyi, bol yağmur aldığında iki qat məhsul verən, bol yağmur almasa belə narın yağışla kifayətlənən yüksək məhsullu bir bağça örnəyi kimidir. Allah etdiklərinizi görməkdədir.
Əlaqəli:
Bəqərə/2:261 Paralarını (pullarını) Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istəyənə qat-qat artıraraq verir. Allah Comərddir, Biləndir.

Əraf/7:58 Yaxşı ərazi, Rəbbinin izni ilə bitki verir. Pis olanı isə, çox da faydalı bir şey verməz. Şükür edən bir topluluq üçün ayələri bu cür açıqlayırıq.