Bəqərə - 2:267
Ey iman edənlər! Qazandıqlarınızdan və sizin üçün yerdən çıxartdığımız nemətlərdən yardım olaraq verin. Sizə verilsə, ancaq gözünüz qapalı olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifə layiqdir.
"...ancaq gözünüz yumulu olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyin. Bilin ki Allah Zəngindir" - Məqsəd: Simiclik edərsəniz, Allahın yerinizə simiclik etməyəcək, Allah yolunda xərcləyəcək bir camaatı gətirəcək zənginlikdədir:
Ənam/6:133
Rəbbin Zəngindir, Rəhmət Sahibidir. İstəsə, sizi götürər və sizi başqalarının soyundan necə gətirmişsə sizdən sonra da yerinizə istədiklərini yerləşdirər.
Muhəmməd/47:38
Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.
Hədid/57:24
Bunlar üstəlik xəsisdirlər və insanlara xəsisliyi öyüd-nəsihət edirlər. Kim üz çevirərsə, şübhəsiz Allah Zəngindir, Tərifəlayiq olandır.