Bəqərə - 2:275 Sələm (riba) yolu ilə para (pul) yeyənlər, şeytanın çarpdığı kimsə kimi ayağa qalxarlar. Bu, onların, “Sələm (riba) alış-veriş kimidir,”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi (ribanı) isə haram etdi. Kimə Rəbbindən bir öyüd gələndən sonra vaz keçərsə, keçmişdə qazandıqlarını saxlaya bilər; işi də Allaha qalmışdır. Davam edənlər isə cəhənnəm xalqıdır və orada sürəkli qalarlar.
Cəhənnəmdə əbədi qalacaqlar:
Hud/11:106 Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Hud/11:107 Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.

İbrahim/14:17 Onu udmağa çalışar, amma boğazından keçirə bilməz. Ölüm ona hər yandan gələr, amma ölə bilməyəcək. Ardından da çətin bir əzab gələcəkdir.

Fatir/35:36 İnkar edənlər üçün cəhənnəm atəşi vardır. Nə ölmələrinə izin verilər, nə də onlardan cəhənnəm cəzası yüngülləşdirilər. Nankorları belə cəzalandırırıq.

Zuxruf/43:77 "Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.