Bəqərə - 2:282
Ey iman edənlər! Müəyyən bir müddət üçün bir-birinizə borc verdiyiniz zaman onu yazın. Sizdən bir katib onu ədalətlə yazsın. Katib, Allahın ona öyrətdiyi kimi yazmaqdan çəkinməsin, yazsın. Borc alan adam da diktə etdirsin. Rəbbi olan Allahdan qorxsun, onda saxtakarlıq etməsin. Borc alan adam ağıldan zəif və ya çarəsiz, ya da diktə etməkdən acizdirsə, vəlisi ədalətlə yazdırmalıdır. Aranızdakı kişilərdən iki nəfər şahid də şahidlik etsin. İki kişi şahid tapa bilməsəniz, istədiyiniz şahidlərdən bir kişi və iki qadın seçin ki, qadınlardan biri yanıldığında, digəri ona xatırlatsın. Şahidlər, (şahidlik etməyə) çağırıldıqları vaxt çəkinməsin. Az da olsa, çox da olsa, ödəniş tarixi ilə birlikdə onu yazmaqdan usanmayın. Bu, Allah qatında daha ədalətli, şahidlik baxımından daha sağlam və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız, ticarət peşin olarsa onu yazmamanızda heç bir problem yoxdur. Alış-veriş etdiyinizdə şahidləriniz olsun. Yazana da, şahidə də zərər verilməsin. Əks halda özünüzə pislik edərsiniz. Allahı dinləyin. Allah sizə öyrədir. Allah hər şeyi bilir.
İman edənlər sadəcə Allahdan çəkinirlər:
Bəqərə/2:41
Yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimə iman edin. Ona qarşı çıxanların birincisi olmayın! Ayələrimi dəyərsiz şeylərlə dəyişməyin, sadəcə Məndən çəkinin.
Bəqərə/2:150
Hansı tərəfdən yola çıxarsan çıx, (namaz üçün) üzünü Müqəddəs Məscidə doğru çevirməlisən! Harada olursunuzsa olun, üzünüzü onun tərəfinə çevirin ki, insanların sizə qarşı (tənqid edəcək) bir dəlili olmasın. Zalımlara gəlincə, onlardan çəkinməyin, Məndən çəkinin ki, sizə olan nemətimi tamamlayım və siz də doğruya yetişə biləsiniz.
Bəqərə/2:235
Evlənmə təkliflərinizi o qadınlara bildirmənizdən, ya da bu niyyətinizi içinizdə saxlamağınızdan ötrü sizə bir günah yoxdur. Allah onlar haqqında düşünəcəyinizi bilir. Onlarla uyğun və müttəqi bir şəkildə danışma məqsədindən xaric gizlicə sözləşib görüşməyin. Gözləmə müddətləri bitmədən onlarla nikah bağını qurmağa çalışmayın. Bilin ki, Allah içinizdə olanı bilir; elə isə Ondan çəkinin. Yenə bilin ki, Allah Bağışlayandır, Şəfqətlidir!
Ali İmran/3:175
Şeytan ancaq öz dostlarına qorxu verir. Onlardan qorxmayın, Məndən qorxun; gerçəkdən iman etmişsinizsə.
Tovbə/9:13
Andlarını pozan, Elçini sürgün etməyə çalışan və sizinlə (savaşı) ilk dəfə başlatan topluluğa qarşı savaşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? İman edirsinizsə, məhz Allahdan çəkinməlisiniz.
Nəhl/16:51
Allah, "İki tanrı qəbul etməyin, Ondan başqa Tanrı yoxdur. Sadəcə Məndən çəkinin!" demişdir.
Əhzab/33:37
Allah tərəfindən özünə yaxşılıq edilən və sənin də yaxşılıq etdiyin şəxsə, "Arvadını saxla və Allaha qarşı diqqətli ol," deyirdin. Beləcə Allahın açığa vuracağı bir şeyi gizləyirdin. Allahdan çəkinməli olduğun halda, insanlardan çəkinirdin. Zeyd zövcəsiylə əlaqəsini kəsdiyində Biz səni onunla evləndirmişdik ki, iman edənlər, övladlığa götürdükləri zövcələri ilə əlaqələrini kəsdiklərində onlarla evlənməkdə çətinliklə qarşılaşmasın. Allahın əmri yerinə yetirilməlidir.
Əhzab/33:39
Allahın elçiliyini yayanlar (təbliğ edənlər) sadəcə Ona hörmət edərlər və Allahdan başqa heç kimsədən çəkinməzlər. Hesab soruşan olaraq Allah yetər.
Məaric/70:26
Onlar Din Gününü təsdiq edərlər;
Məaric/70:27
Rəblərinin əzabından çəkinirlər;
Məaric/70:28
Rəblərinin əzabına güvən olmaz.
İnsan/76:9
"Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
İnsan/76:10
"Biz, üzü dönmüş və bəlalı bir gündən ötrü Rəbbimizdən çəkinirik."
Nisa/4:77
Onlara, “Savaşdan əl çəkin, namazı qoruyun, zəkatı verin!” – deyilən kəslərə diqqət etmədinmi? Onlara savaşmaları əmr edildiyində, insanlardan Allahdan qorxar kimi, bəlkə də daha artıq qorxmağa başladılar və "Rəbbimiz, nə üçün bizə savaşı yüklədin, bizi yaxın bir vaxta qədər təxirə sala bilməzdinmi?" - dedilər. De ki, "Bu dünyanın varlığı azdır, müttəqilər üçün axirət daha xeyirlidir; ən ufaq bir haqsızlığa məruz qalmayacaqsınız."
Bəqərə/2:40
İsrail oğulları! Sizə verdiyim nemətimi xatırlayın, Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum; yalnız Məndən qorxun!
Bəqərə/2:282
Ey iman edənlər! Müəyyən bir müddət üçün bir-birinizə borc verdiyiniz zaman onu yazın. Sizdən bir katib onu ədalətlə yazsın. Katib, Allahın ona öyrətdiyi kimi yazmaqdan çəkinməsin, yazsın. Borc alan adam da diktə etdirsin. Rəbbi olan Allahdan qorxsun, onda saxtakarlıq etməsin. Borc alan adam ağıldan zəif və ya çarəsiz, ya da diktə etməkdən acizdirsə, vəlisi ədalətlə yazdırmalıdır. Aranızdakı kişilərdən iki nəfər şahid də şahidlik etsin. İki kişi şahid tapa bilməsəniz, istədiyiniz şahidlərdən bir kişi və iki qadın seçin ki, qadınlardan biri yanıldığında, digəri ona xatırlatsın. Şahidlər, (şahidlik etməyə) çağırıldıqları vaxt çəkinməsin. Az da olsa, çox da olsa, ödəniş tarixi ilə birlikdə onu yazmaqdan usanmayın. Bu, Allah qatında daha ədalətli, şahidlik baxımından daha sağlam və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız, ticarət peşin olarsa onu yazmamanızda heç bir problem yoxdur. Alış-veriş etdiyinizdə şahidləriniz olsun. Yazana da, şahidə də zərər verilməsin. Əks halda özünüzə pislik edərsiniz. Allahı dinləyin. Allah sizə öyrədir. Allah hər şeyi bilir.
Maidə/5:28
"Məni öldürmək üçün əlini mənə uzadırsan, səni öldürmək üçün mən əlimi sənə uzatmayacağam. Mən, bütün yaradılmışların sahibi olan Allahdan qorxuram."
Maidə/5:94
Ey iman edənlər! Əllərinizin və nizələrinizin çata biləcəyi ovlarla Allah sizi sınayacaq ki, yalnız ikən də Ondan qorxanları Allah ayırsın. Kim bundan sonra həddi aşarsa, onun üçün ağrılı-acılı bir əzab vardır.
Ənam/6:81
"Allahın, özləri haqqında sizə heç bir dəlil vermədiklərini, Ona ortaq qoşmaqdan qorxmadığınız halda mən necə ola bilər ki, sizin ortaq qoşduqlarınızdan qorxa bilərəm? Hansı tərəf təhlükəsizliyə daha çox layiqdir? Bir bilsəniz!"
Tovbə/9:18
Allahın məscidlərini, ancaq Allaha və Axirət gününə iman edənlər, namazı qoruyanlar, zəkatı verənlər və Allahdan başqasından qorxmayanlar tez-tez ziyarət edərlər. Onlar, doğru yolu tapanlardandır.
İbrahim/14:14
"Onlardan sonra o yurda sizi yerləşdirəcəyik. Bu, qayda-qanunlarıma hörmət göstərən və təhdidlərimdən qorxanlar üçündür."
Maidə/5:54
Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.