Bəqərə - 2:30
Rəbbin, mələklərə belə demişdi: "Yer üzünə bir xəlifə yerləşdirəcəyəm!" Mələklər də: “Orada fəsad törədəcək, qan axıdacaq birinimi yerləşdirəcəksən? Halbuki biz Səni tərifləyərək ucaldır və mütləq hökmranlığını təsdiqləyirik," dedilər. (Allah:) “Bilmədiyinizi Mən bilərəm,” dedi.
Yer üzündə fəsad törədənlər:
Qasas/28:4
Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.
Qasas/28:5
Yer üzündə gücsüzləşdirilib əzilənlərə lütf edərək istədik ki, onları öndərlər və varislər edək.
Əraf/7:74
"Ad xalqından sonra sizi varislər etdiyini xatırlayın. Sizi yer üzünə yerləşdirdi. Düzənliklərində köşklər qurub, dağlarında evlər yontursunuz. Allahın nemətlərini xatırlayın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın."
Əraf/7:85
Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."
Əraf/7:86
"Allahın yolunu əyri göstərmək və iman edənləri təhdid edib ondan çevirmək üçün hər yolun başında oturmayın. Say baxımından az olduğunuz halda sizi necə çoxaltdığını düşünün. Fəsad törədənlərin sonunun necə olduğuna bir baxın."
Muhəmməd/47:22
Demək iş başına gələcək olsanız, yer üzündə fəsad törədəcək və əqrəbalıq bağlarını qoparacaqsınız?
Bəqərə/2:27
O kəslər ki, Allah ilə etdikləri sözləşməyə bağlılıq sözü verdikdən sonra onu pozarlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyi kəsərlər və yer üzündə fəsad törədərlər. Bax onlar, itkiyə (ziyana) məruz qalanlardır!
Bəqərə/2:30
Rəbbin, mələklərə belə demişdi: "Yer üzünə bir xəlifə yerləşdirəcəyəm!" Mələklər də: “Orada fəsad törədəcək, qan axıdacaq birinimi yerləşdirəcəksən? Halbuki biz Səni tərifləyərək ucaldır və mütləq hökmranlığını təsdiqləyirik," dedilər. (Allah:) “Bilmədiyinizi Mən bilərəm,” dedi.
Bəqərə/2:204
Bəzi kəslər var ki, dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. Azğın bir düşmən olduğu halda qəlbində olana Allahı şahid tutar.
Bəqərə/2:205
Dönüb gedincə, yer üzündə fəsad törətmək, malı və nəsli məhv etmək üçün səy göstərər. Allah fəsadı sevməz.
Maidə/5:64
Yəhudilər "Allahın əli bağlıdır," - dedi. Əslində əlləri bağlı olanlar özləridir... Söylədiklərindən ötrü lənətləndilər. Halbuki Onun iki əli də açıq olub, istədiyi kimi xərcləməkdədir. Rəbbindən sənə nazil edilənlər onlardan çoxunun azğınlığını və inkar etmələrini artıracaqdır. Dirilmə gününə qədər aralarına düşmənçilik və kin saldıq. Hər nə vaxt savaş üçün atəş yandırsalar Allah onu söndürmüşdür. Yer üzündə fəsad törətmək üçün gəzib-dolaşırlar. Allah isə fəsad törədənləri sevməz.
Hud/11:85
"Ey xalqım, ölçünü və çəkini ədalətlə tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin və yer üzündə pislik işləyərək fəsad törətməyin."
Ənkəbut/29:36
Mədyənə də qardaşları Şueybi... "Xalqım, Allaha qulluq edin, axirət gününü axtarın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın," demişdi.