Bəqərə - 2:44 İnsanları yaxşılıq etməyə çağırdığınız halda, özünüzü unudursunuz? Üstəlik kitabı da oxuyursunuz? Ağlınızı istifadə etmirsiniz?
Edə bilməyəcəyiniz şeyləri söyləməyin:
Saff/61:2 Ey iman edənlər, nə üçün etmədiyiniz və ya etməyəcəyiniz şeyləri söyləyirsiniz?
Saff/61:3 Etmədiyiniz şeyi söyləməyiniz, Allah qatında ən sevilməyən davranışlardandır.

Şuəra/26:225 Onların hər vadidə qaçdıqlarını (vəziyyətə görə yön dəyişdirdiklərini) görmürsənmi?
Şuəra/26:226 Və onlar etmədikləri şeyləri söyləyərlər.

Ali İmran/3:188 Sanma ki, verdikləriylə qürürlanan və etmədikləri şeylərdən ötrü təriflənməyi sevənlər, bəli sanma ki, onlar əzabdan qurtulacaq. Onlara ağrılı-acılı bir əzab var.