Bəqərə - 2:44
İnsanları yaxşılıq etməyə çağırdığınız halda, özünüzü unudursunuz? Üstəlik kitabı da oxuyursunuz? Ağlınızı istifadə etmirsiniz?
"Hər kəsin yaxşılığı və pisliyi özünədir.": Əlaqəli
Bəqərə/2:110
Namazı qoruyun, zəkatı verin! Özünüz üçün edib göndərdiyiniz hər yaxşılığı, əlbəttə Allah qatında görəcəksiniz. Allah etdiyiniz hər şeyi görür.
Bəqərə/2:272
Onları doğruya yönəltmək sənə aid deyildir. Ancaq Allah istədiyini doğruya yönəldir. Möhtaclara etdiyiniz hər yaxşılıq özünüz üçün faydalıdır. Yardımlarınız yalnız Allah üçün olmalıdır. Etdiyiniz hər yaxşılığın qarşılığı sizə tam ödənəcəkdir. Haqsızlığa uğradılmayacaqsınız.
Bəqərə/2:286
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyər. Hər kəsin qazandığı yaxşılıq öz xeyrinə, qazandığı pislik isə öz zərərinədir. “Rəbbimiz, unudar yaxud yanılarıqsa bizi məsul tutma! Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə ağır öhdəliklər yükləmə! Rəbbimiz, gücümüzün çatmayacağı şeyləri bizə yüklətmə! Bizi xoş qarşıla, bizi bağışla və bizə rəhm et! Sənsən bizim Mövlamız (Sahibimiz və Hökmdarımız)! İnkar edən topluluqlara qarşı bizə yardım et!”
Nisa/4:170
Ey insanlar! Elçi Rəbbinizdən gerçəyi gətirmişdir. Öz xeyriniz üçün iman etməlisiniz! İnkar edərsinizsə, bilin ki, göylərdə və yerdə nə varsa, Allahındır. Allah Biləndir, Hikmət sahibidir.
Nisa/4:171
Kitablılar! Dininizdə həddi aşmayın. Allah haqqında yalnız gerçəyi söyləyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə göndərdiyi kəlməsi və Ondan gələn bir candır. Allaha və elçilərinə iman edin. “Üçdür,” deməyin. Öz xeyriniz üçün buna son verin. Tək tanrı yalnız Allahdır! O, övlad sahibi olmaqdan ucadır. Göylərdə və yerdə nə varsa, Onundur. Vəkil olaraq Allah yetər.
Ənam/6:104
Rəbbinizdən sizə aydınladıcı bilgilər gəlmişdir. Kim görərsə öz xeyrinə, kim korluq edərsə öz zərərinədir. Mən üzərinizdə nəzarətçi deyiləm.
Nəml/27:92
Və Quranı oxumaqla da... Kim doğrunu taparsa, öz xeyri üçün doğrunu tapmışdır. Kim azarsa, mən xəbərdar edənlərdən biriyəm.
Fussilət/41:46
Kim müttəqi davranarsa, öz xeyrinədir. Kim pis davranarsa, öz zərərinədir. Rəbbin, qullara zülm etməz.
Təğabun/64:16
Gücünüz yetdiyi qədər Allahı saya salıb hörmət edin. Dinləyin, itaət edin və öz xeyriniz üçün yardım edin. Nəfsinin xudbinlik və xəsisliyindən qorunanlar uğur qazananlardır.
Fatir/35:18
Kimsə kimsənin günahını yüklənməz. Günahla yüklənmiş birisi yükünü daşımaq üçün əqrəbalarını belə çağırsa onun yükündən heç bir şey daşınmaz. Sən yalnızca, öz başlarına ikən Rəblərinə hörmət edən və namazı qoruyan şəxsləri xəbərdar edə bilərsən. Kim özünü təmizləyərsə, öz xeyrinə təmizlənmişdir. Dönüş Allahadır.
Nisa/4:85
Kim bir yaxşılığa vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Kim bir pisliyə vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Allah hər şeyi kontrol edər.
Yunus/10:108
De ki: "Ey insanlar, Rəbbinizdən sizə gerçək gəlmişdir. Kim yola gələrsə, özü üçün yola gəlmiş olar. Kim də azarsa, öz zərərinə azar. Mən, sizə cavabdeh deyiləm."
İsra/17:15
Kim doğru yola gəlirsə, özü üçün yola gəlmiş olur. Kim azarsa, öz əleyhinə azar. Heç kimsə başqasının yükünü çəkməz. Biz bir elçi göndərmədən heç kimsəni cəzalandırmarıq.
Həcc/22:30
Bax belə! Kim Allahın qadağalarına hörmət göstərərsə, Rəbbinin yanında özü üçün daha yaxşıdır. Sizə xüsusilə bildirilənlərin xaricindəki bütün kənd təsərrüfatı heyvanları halal (qanuni) edilmişdir. O halda bütpərəstliyin fəlakətindən çəkinin, yalan sözdən ehtiyat edin.
Nəml/27:40
Kitab bilgisinə sahib olan biri də, "Mən onu, gözünü qırpman üçün sərf olunan vaxtdan daha tez gətirə bilərəm!" dedi. Onu yanında dayanmış görüncə, "Bu Rəbbimin bir lütfüdür. Şükürmü, yoxsa nankorluqmu edəcəyimi sınayır. Şükür edən özü üçün şükür etmiş olar. Nankorluq edən də, bilsin ki, mənim Rəbbim Zəngindir, Şərəflidir," dedi.
Ənkəbut/29:6
Kim bizim üçün səy göstərərsə, özü üçün səy göstərmiş olar. Allah heç kimsəyə möhtac deyildir.
Loğman/31:12
Loğmana hikmət verdik: "Allaha şükür etməlisən!" Kim şükür edərsə, özü üçün şükür edər; kim nankorluq edərsə, əlbəttə Allah möhtac deyildir, Çox Tərifəlayiqdir."
Zumər/39:41
Biz bu Kitabı sənə, insanlar üçün gerçəklə nazil etdik. Kim doğrunu taparsa, özü üçündür. Kim azarsa da, öz əleyhinə azmış olar. Sən onların advokatı (vəkili) deyilsən.
Casiyə/45:15
Kim müttəqi davranarsa, öz xeyrinədir. Kim pis davranarsa, öz zərərinədir. Sonra Rəbbinizə döndəriləcəksiniz.
Rum/30:44
Kim inkar edərsə, inkarı öz əleyhinədir. Kimlər də müttəqi davranarlarsa, özlərini gücləndirmiş və inkişaf etdirmiş olarlar.