Bəqərə - 2:65
Sizdən şənbə günü qadağasını pozanları əlbəttə bilirsiniz. Onlara, "Mənfur meymunlar olun," dedik.
Kim Allahın qanunlarını pozarsa:
Bəqərə/2:229
Boşanma iki dəfədir. Boşanmış qadınları ya yaxşılıqla saxlamaq, ya da yaxşılıqla buraxmaq gərəkdir. Onlara verdiyiniz şeyləri geri almanız sizə halal olmaz; hər ikisi Allahın hədlərini qoruya bilməməkdən qorxarlarsa başqa. Allahın hədlərini qoruya bilməməkdən qorxarsınızsa, o zaman qadının istəyərək geri verdiyi şeylərə görə günaha girməzlər. Bunlar Allahın hüdudlarıdır; onları pozmayın! Allahın hüdudlarını kimlər pozarsa, məhz onlar zalımlardır.
Nisa/4:14
Kim Allaha və elçisinə üsyan edər və qanunlarını pozarsa, onu içində sürəkli qalacağı bir atəşə salar. Onun üçün alçaldıcı bir əzab var.
Talaq/65:1
Ey Peyğəmbər, qadınları boşadığınız zaman boşama müddətlərini gözləyin və bu müddəti yaxşıca hesablayın. Rəbbiniz olan Allahı dinləyin. Onları evlərindən çıxartmayın, onlar da çıxmasınlar (pis davranaraq onları buna məcbur etməyin). Ancaq sübut olunmuş bir zina işləmələri bunun xaricindədir. Allahın qanunu budur. Kim Allahın qanununu pozarsa, özünə zülm etmiş olar. Bilməzsən, bəlkə Allah bundan sonra (müsbət) bir iş ortaya çıxarar.