Bəqərə - 2:78 Aralarında ümmilər var ki, boş şeylərə və (ağızdan-ağıza) eşitdiklərindən başqa kitabı bilməzlər; bildiklərini zənn edərlər.
Ümmilər yanlış və deyilənlərin xaricində kitabı bilməzlər:
Ənam/6:92 Bu, özündən öncəkiləri təsdiqləyən mübarək bir kitab olaraq, ölkələrin anasını və ətrafındakıları xəbərdar etməyin üçün nazil edilmişdir. Axirətə iman edənlər ona inanırlar və onlar namazlarına da davam edərlər.
Ənam/6:155 Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Ənam/6:156 Artıq, "Bizdən öncəki iki qrupa kitab verildi; biz isə onların öyrəndiklərindən (oxuduqlarından) xəbərsiz idik," deyə bilməzsiniz.
Ənam/6:157 Yaxud, "Bizə də Kitab nazil edilsəydi, onlardan daha (çox) doğru yolda olardıq," da deyə bilməzsiniz. Sizə Rəbbinizdən bir dəlil (bəyyinə), bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayıb ondan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirmələrinə görə əzabın ən pisiylə cəzalandıracağıq.

Qasas/28:46 (Musanı) çağırdığımız zaman Turun yamacında da deyildin. Ancaq, səndən öncə özlərinə  bir xəbərdar edən gəlməmiş bir camaatı xəbərdar etməyin üçün Rəbbindən bir rəhmət olaraq (sənə bilgi veririk); bəlkə öyüd alarlar.

Səcdə/32:3 "Onu uydurdu"mu deyirlər? Halbuki bu, səndən öncə özlərinə bir xəbərdar edən (elçi) yetişməmiş bir camaatı, bəlkə yola gələrlər deyə xəbərdar etməyin üçün Rəbbindən gələn bir gerçəkdir.

Səba/34:44 Onlara, tədqiq edəcəkləri bir Kitab verməmiş və səndən öncə onlara bir xəbərdar edici göndərməmişdik.

Ya sin/36:6 Ataları xəbərdar edilmədiyindən tamamilə xəbərsiz qalmış bir camaatı xəbərdar etməyin üçün...

Zuxruf/43:19 Rəhmanın qulları olan mələkləri dişi hesab etdilər! Onların yaradılışlarına şahidmi oldular? Bu şahidlikləri qeyd ediləcək (yazılacaq) və sorğu-suala çəkiləcəklər.
Zuxruf/43:20 Hətta, "Rəhman istəsəydi, biz onlara qulluq/xidmət etməzdik," dedilər. Onların bu mövzuda bir bilgiləri yoxdur. Onlar sadəcə təxmin edirlər.
Zuxruf/43:21 (Yoxsa) onlara bundan öncə bir kitabmı verdik və ona da əsaslanırlar?
Zuxruf/43:22 Xeyr, "Biz atalarımızı bir yol üzərində gördük və biz onların təlimlərini izləyirik," dedilər.