Bəqərə - 2:80 "Bir neçə gündən başqa atəş bizə dəyməyəcək," dedilər. De ki: "Allahdan belə bir sözmü aldınız? Allah verdiyi sözdən dönməz, yoxsa Allaha aid edərək bilmədiyiniz bir şeyimi söyləyirsiniz?"
"Allah haqqında bilmədiyimiz bir şeyi söyləmək": Əlaqəli
Əraf/7:33 De ki : "Rəbbim, ancaq pis işlərin aşkarını və gizlisini, günahları, haqsız yerə hücum etməyi, özlərinə heç bir nüfuz və güc vermədiyi bir şeyi Allaha ortaq qoşmanızı və Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi haram etmişdir."

Bəqərə/2:168 Ey insanlar! Yerin halal və təmiz məhsullarından yeyin, şeytanın addım izləri ilə getməyin; o, sizə açıq-aydın düşməndir.
Bəqərə/2:169 O sizə pisliyi, həyasızlığı və Allaha bilmədiyiniz şeyləri isnad etməyinizi əmr edər.
Bəqərə/2:80 "Bir neçə gündən başqa atəş bizə dəyməyəcək," dedilər. De ki: "Allahdan belə bir sözmü aldınız? Allah verdiyi sözdən dönməz, yoxsa Allaha aid edərək bilmədiyiniz bir şeyimi söyləyirsiniz?"

Yunus/10:68 "Allah Özünə övlad götürmüşdü!" dedilər. O, bundan çox Ucadır! O, heç bir şeyə ehtiyacı olmayandır. Göylərdə və yerdə nə varsa Onundur. Sizin bu mövzuda heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeyimi söyləyirsiniz?

Rad/13:33 Hər kəsin etdiyini kontrol edən O deyilmi? Buna rəğmən Allaha ortaq qoşdular. De ki: "Onları (istədiyiniz) isimlərlə təqdim edin! Siz Onun yer üzündə bilmədiyi bir şeyimi Ona xəbər verirsiniz, yoxsa boş sözlərmi uydurursunuz?" Əslində, inkar edənlərin hiylələri özlərinə süslü göstərilir və beləcə yoldan azarlar. Allah kimi azdırarsa, ona doğrunu göstərəcək (olan) yoxdur.

İsra/17:36 Bilmədiyin bir şeyə iman edib ardına düşmə, çünki eşitmə, görmə duyğusu və beyin, hamısı ondan məsuldur.

Yunus/10:59 De ki, "Allahın sizə endirdiyi ruzilərin bir qismini halal, bir qismini də haram etdiyinizi görmürsünüzmü?" De ki, "Allahmı sizə izin verdi, yoxsa Allaha iftiramı edirsiniz?"