Bəqərə - 2:84 “Bir-birinizin qanını tökməyəcəksiniz və bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə də sizdən söz almışdıq. Bunu qəbul etmiş və şahid olmuşdunuz.
"İsrail oğullarından söz almışdı.": Əlaqəli
Bəqərə/2:63 Sina dağını üzərinizə qaldıraraq bir zamanlar sizdən söz almışdıq: “Sizə verdiyimizə qüvvətlə sarılın, içindəkiləri xatırlayın ki, qorunasınız,” demişdik.
Bəqərə/2:64 Fəqət bundan sonra da üz çevirdiniz. Allahın sizə bol neməti və mərhəməti olmasaydı ziyana uğrayardınız.
Bəqərə/2:93 Bir vaxt üzərinizə Tur dağını qaldırıb sizdən söz almışdıq: “Sizə verdiyim əmrlərə möhkəmcə sarılın və dinləyin!” Fəqət “Dinlədik və qarşı gəldik,” - dedilər. İnkar etmələrinə görə qəlbləri buzov ilə aldandı. De ki: “İman etmişsinizsə, inancınız sizə necə də pis yön verir!”

Nisa/4:154 Onlardan söz alarkən Sina Dağını üzərlərinə yüksəltdik. Onlara, "Qapıdan təvazökar olaraq daxil olun," - dedik. Onlara, "Şənbə gününün qadağasını pozmayın," - dedik; onlardan sağlam bir söz aldıq.

Maidə/5:70 İsrail oğullarından söz almış, onlara elçilər göndərmişdik. Hər nə vaxt xoşlarına gəlməyən bir şeylə onlara bir elçi gəldisə, bir qismini yalanlayıb, bir qismini də öldürdülər.

Əraf/7:171 Dağı bir çətir kimi üzərlərində sallamışdıq. Belə ki, təpələrinə düşəcəyini sanmışdılar: "Sizə verdiyimə möhkəmcə sarılın. Qurtula bilməniz üçün məzmunu üzərində düşünün."