Bəqərə - 2:86 Onlar axirət qarşılığında dünya həyatını satın alan kimsələrdir. Buna görə də əzabları yüngülləşdirilməz və onlara yardım edilməz.
Dirilmə günü inkar edənlərin, yardıma çağırdıqları yardım edə bilməz:
Fussilət/41:47 Saatın (dünyanın sonunun) bilgisi Onun qatındadır. Onun bilgisi olmadan nə meyvələr qabıqlarından çıxa bilər, nə də bir dişi hamilə qalar və ya doğar. "Hanı Mənim ortaqlarım, haradadır?" deyə onlara səsləndiyi gün, onlar: "Heç birimizin buna şahidlik etmədiyini Sənə ərz edirik," deyərlər.

Yunus/10:29 "Bizimlə sizin aranızda Allah şahiddir ki, biz sizin qulluq etmənizdən xəbərsiz idik."
Yunus/10:28 Onları bir araya topladığımız gün, ortaq qoşanlara; "Siz və ortaqlarınız haydı yerinizə!" deyərək bir-birlərindən ayırarıq. Ortaqları isə: "Siz bizə qulluq etmirdiniz," deyərlər.

Ğafir/40:74 "Allahla yanaşı?" Onlar da deyərlər ki, "Bizi tərk etdilər. Halbuki biz daha öncə heç bir şeyə yalvarmamışıq." Allah inkar edənləri bax belə azdırır.
Ğafir/40:73 Sonra onlara belə deyilər, "Haradadır otaq qoşduqlarınız,"

Hud/11:21 Onlar, şəxsiyyətlərini itirənlərdir. Və uydurduqları şeylər də onları tərk etmişdir.
Hud/11:20 Onlar, yer üzündə qaçıb qurtula bilməzlər və Allahdan başqa dost və sahibləri yoxdur. Onlara əzab qat-qat artırılar. Çünki onlar eşidə bilmədilər, görə bilmədilər.

Ənam/6:94 "Sizi ilk dəfə yaratdığımız kimi Bizə tək olaraq gəldiniz. Sizə xəyal kimi göstərdiyimiz şeyləri ardınızda buraxdınız. Haqqınızda (veriləcək qərarda Tanrı ilə) ortaq davranacaqlarını iddia etdiyiniz şəfaətçilərinizi yanınızda görmürük. Aranızdakı bağlar kəsilmişdir. İddia etdikləriniz sizi tərk etmişdir."

Əhqaf/46:6 İnsanlar toplandığı zaman onlara (ortaq qoşanlara) düşmən olacaqlar və onların (ortaq qoşanların) onlara qulluq/xidmət etmələrinə qarşı çıxacaqlar.
Əhqaf/46:5 Allahı buraxıb, sonra da Dirilmə Gününə qədər onlara cavab verə bilməyən və hətta onların dualarından belə xəbərsiz olanları çağıranlardan daha azğın kim ola bilər?

Məryəm/19:82 Tam əksi! (Ortaqları) bu qulluq/xidmət etməyi rədd edəcəklər və onlara qarşı çıxacaqlar.
Məryəm/19:81 Onlara dəstək olsunlar deyə Allahla yanaşı tanrılar qəbul etdilər.

Furqan/25:18 "Sən Ucasan, Səninlə yanaşı kimsəni vəlilər qəbul etmək bizə yaraşmaz. Fəqət, Sən onlara və atalarına nemətlər bağışladın. Nəhayət, onlar mesajı unudub dəyərsiz bir camaat oldular," deyə qarşılıq verdilər.
Furqan/25:17 Onları və onların Allahdan başqa qulluq/xidmət etdiklərini topladığı gün, "Bu qullarımı sizmi azdırdınız, yoxsa onlarmı yolu azdılar?" deyər.

Nəhl/16:87 O gün tamamilə Allaha təslim olmuşdurlar və uydurduqları şeylər də onları tərk etmişdir.
Nəhl/16:86 Ortaq qoşanlar, ortaq qoşduqları kimsələri gördükləri zaman, "Rəbbimiz, Səndən başqa çağırdığımız ortaqlarımız bax bunlardır," deyərlər. (Onlar da), "Siz yalançılarsınız (biz sizin bu günahınıza heç bir zaman ortaq olmadıq)," deyə qarşılıq verərlər.

Fussilət/41:48 Daha öncə yardım üçün çağırdıqları (dinə ortaq qoşduqları kəslər) onlardan uzaqlaşmışdır. Artıq qaçacaq bir yerləri olmadığını anlayarlar.

Yunus/10:66 Göylərdə və yerdə nə varsa Allahındır. Allahdan başqalarına yalvaranlar əslində qoşduqları ortaqları izləməməkdədirlər. Onlar sadəcə təxmin irəli sürürlər və sadəcə cəfəngiyyat danışırlar.

Qasas/28:74 Gün gələr, onlara, "Ortaqlarım olduqlarını iddia etdikləriniz hanı, haradadır?" deyə səslənər.
Qasas/28:75 Hər bir camaatdan bir şahid seçər və, "Dəlilinizi gətirin!" deyərik. Beləcə, bütün gerçəyin Allaha aid olduğunu öyrənəcəklər və uydurmuş olduqları şeylər onları buraxıb gözdən itəcəkdir.

Əraf/7:53 Onun xəbərlərinin gerçəkləşməsinimi gözləyirlər? Xəbərləri gerçəkləşdiyi gün, ona daha öncə önəm verməyənlər, "Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər. Bizim üçün vasitəçilik edəcək bir şəfaətçi varmı? Yaxud, öncəkindən fərqli davrana bilmək üçün geri qaytarılsaydıq" deyərlər. Şəxsiyyətlərini itirənlərdir və uydurduqları şeylər də onları tərk etmişdir.