Rum - 30:19
Ölüdən dirini çıxarır, diridən də ölünü çıxarır, ölümündən sonra yeri dirildir. Bax, siz belə çıxarılacaqsınız.
Yer üzünü ölümünün ardından necə dirildir?
Bəqərə/2:164
Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, insanların faydası üçün okeanda axıb gedən gəmilərdə, Allahın göydən su endirib ölümündən sonra yer üzünü diriltməsində və orada yaydığı hər növ canlıda, küləkləri və göy ilə yer arasında hazır olan buludları fırladıb çevirməsində ağlını istifadə edən bir camaat üçün əlbəttə ayələr (dərslər və dəlillər) vardır.
Nəhl/16:65
Allahın göydən bir su endirdiyini, onunla ölümündən sonra torpağı diriltməsində, dinləyən bir topluluq üçün bunda dəlillər vardır.
Ənkəbut/29:63
Onlara, "Göydən suyu kim endirib, ölümündən sonra torpağı canlandırır?" deyə soruşsan, "Allah" deyəcəklər. De ki, "Tərif Allaha aiddir." Ancaq çoxları anlamır.
Rum/30:19
Ölüdən dirini çıxarır, diridən də ölünü çıxarır, ölümündən sonra yeri dirildir. Bax, siz belə çıxarılacaqsınız.
Rum/30:24
Qorxu və ümid qaynağı olaraq sizə ildırımı göstərməsi və göydən bir su endirərək ölümündən sonra onunla yeri diriltməsi də Onun ayələrindədir. Ağlını işlədən bir camaat üçün bunda işarələr vardır.
Fatir/35:9
Allah, buludları qarışdıran küləkləri göndərəndir. Daha sonra onları ölü bir torpağa qovarıq ki, ölümündən sonra torpağı dirildərik. Dirilmə də belədir.
Casiyə/45:5
Gecənin və gündüzün bir-birini təqib etməsində, Allahın göydən bir ruzi endirərək onunla ölümündən sonra torpağı diriltməsində və küləkləri idarə etməsində anlayan camaat üçün dərslər vardır.
Hədid/57:17
Bilin ki, Allah ölümündən sonra yeri dirildir. Düşünəsiniz deyə sizə ayələri belə açıqlayırıq.
Rum/30:48
Allah küləkləri göndərərək buludları sürüyər, onları istədiyi kimi göydə yayıb üst-üstə yığar və sən də onların arasından yağmurun çıxdığını görərsən. Qullarından istədiyinin üzərinə onu yağdırınca dərhal sevinərlər.
Rum/30:49
Halbuki onlar, onun (yağmurun) onların üzərinə yağmadan öncə ümidsiz idilər.
Həcc/22:5
Ey insanlar, dirilmə mövzusunda şübhə edirsinizsə, (xatırlayın ki,) sizi torpaqdan, sonra bir damcıdan, sonra asılı olan bir maddədən (embriondan), sonra şəklə salınmış və salınmamış bir döldən yaratdıq. Beləcə sizə bildiririk. Nəyi istəmişiksə müəyyən bir müddətə qədər onu rəhimlərdə tutub saxlayarıq. Sonra sizi bir uşaq olaraq çıxararıq və ardından böyüyüb yetkinlik çağına yetişirsiniz. Kiminizin həyatına son verilər, kiminizin də (ömrü) ən pis yaşa qədər çatdırılar. Beləcə bir bilgiyə sahib olduqdan sonra bir şey bilməz olsun. Torpağı quru və ölü görərsən, ancaq üzərinə su yağdırdığımız zaman titrəyib qabarar və bitirər cürbəcür gözəl bitkilər.
Fussilət/41:39
Qupquru gördüyün torpağın üzərinə su yağdırdığımız vaxt onun titrəyib qabarması da Onun ayələrindəndir. Onu dirildən ölüləri də dirildər. O, hər şeyə Gücü Yetəndir.