Rum - 30:36 İnsanlara bir rəhmət daddırdığımız vaxt onunla sevinərlər. Etdiklərinin qarşılığı olaraq onlara bir pislik toxunsa dərhal ümidsizliyə düşərlər.
Allaha şərtlə qulluq/xidmət edənlər:
Həcc/22:11 İnsanlardan elələri vardır ki, Allaha şərti olaraq qulluq edər. İşləri yolunda gedincə sevinər; ancaq başına bir bəla gəlincə üzünü çevirər. Beləcə dünyanı da, axirəti də itirər. Gerçək itki bax budur.

Rum/30:36 İnsanlara bir rəhmət daddırdığımız vaxt onunla sevinərlər. Etdiklərinin qarşılığı olaraq onlara bir pislik toxunsa dərhal ümidsizliyə düşərlər.
Rum/30:50 Allahın rəhmətinin məhsullarına bax; ölümündən sonra torpağı necə də dirildir. Bunun kimi ölüləri də dirildəcəkdir. O hər şeyə Gücü Yetəndir.
Rum/30:51 Ancaq, O bir fırtına göndərsə və onlar (əkinlərin quruyub) saraldığını görsələr dərhal inkar və nankorluq etməyə başlayarlar.

Zumər/39:8 İnsana bir pislik toxunanda Rəbbinə yönələrək Onu çağırar. Ona Özündən bir yaxşılıq etdiyində, daha öncə kimə yalvardığını unudar və Onun yolundan azdırmaq üçün Allaha ortaqlar qoşmağa başlayar. De ki, "İnkarınla bir az yaşa, sən atəş əhlindənsən."
Zumər/39:49 İnsana bir pislik toxunduğu zaman Bizi çağırar; ancaq ona bir nemət verdiyimiz zaman isə, "Bu, mənə bilgimə görə verilmişdir," deyər. Əslində o bir sınaqdır, halbuki çoxları bilməz.

Fəcr/89:15 Rəbbi, sınamaq üçün insana bolluca verib sevindirdiyi zaman, "Rəbbim mənə comərd (səxavətli) davrandı," deyər.
Fəcr/89:16 Ancaq nə zaman ki, ruzisini azaldaraq onu sınayarsa, "Rəbbim məni alçaltdı," deyər

Hud/11:9 İnsana Özümüzdən bir rəhmət daddırsaq və sonra ondan geri alsaq, ümidsizliyə qapılar, nankorlaşar.

İsra/17:83 İnsana nemət verdiyimiz zaman, üz çevirib yan keçər. Ona pislik toxununca da ümidsizliyə düşər.

Fussilət/41:49 İnsan, yaxşılıq istəməkdən bezib yorulmaz. Ancaq ona bir pislik toxunduğunda ümidsizdir, bədbindir.
Fussilət/41:50 Sıxıntısının ardından, ona Bizdən bir rəhmət daddırsaq, "Bu mənə aiddir. Dünyanın sonunun da gələcəyini sanmıram. Rəbbimə döndərilərəmsə də, Onun qatında mənim üçün daha gözəl şeylər vardır," deyər. İnkar edənlərə, etdiklərinin gerçək mahiyyətini əlbəttə xəbər verəcəyik. Çətin (şiddətli) bir əzabdan daddıracağıq onlara.
Fussilət/41:51 İnsana bir nemət verdiyimiz zaman, üz çevirib yan keçər. Başına bir pislik gəldiyində isə yalvarıb-yaxarar.

Şura/42:48 Üz çevirirlərsə, Biz səni onlara bir nəzarətçi olaraq göndərmədik. Sənin öhdənə düşən sadəcə bildirməkdir. Biz insana Öz tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla sevinir; Amma öz etdiklərinin bir nəticəsi olaraq başlarına bir pislik gəlsə, o zaman insan nankorlaşır.


Rum/30:48 Allah küləkləri göndərərək buludları sürüyər, onları istədiyi kimi göydə yayıb üst-üstə yığar və sən də onların arasından yağmurun çıxdığını görərsən. Qullarından istədiyinin üzərinə onu yağdırınca dərhal sevinərlər.
Rum/30:49 Halbuki onlar, onun (yağmurun) onların üzərinə yağmadan öncə ümidsiz idilər.