Loğman - 31:12
Loğmana hikmət verdik: "Allaha şükür etməlisən!" Kim şükür edərsə, özü üçün şükür edər; kim nankorluq edərsə, əlbəttə Allah möhtac deyildir, Çox Tərifəlayiqdir."
Allah ən Çox Təriflənəndir:
Bəqərə/2:30
Rəbbin, mələklərə belə demişdi: "Yer üzünə bir xəlifə yerləşdirəcəyəm!" Mələklər də: “Orada fəsad törədəcək, qan axıdacaq birinimi yerləşdirəcəksən? Halbuki biz Səni tərifləyərək ucaldır və mütləq hökmranlığını təsdiqləyirik," dedilər. (Allah:) “Bilmədiyinizi Mən bilərəm,” dedi.
Əraf/7:206
Rəbbinin qatındakılar, Ona qulluq etməkdən çəkinib təkəbbür göstərməzlər, Onu Ucaldırlar və Ona səcdə edərlər.
Rad/13:13
Göy gurultusu Onu tərifləyərək, Mələklər də Onu hörmətlə Ucaldırlar. O, ildırımları göndərir və istədiyini onlarla vurar. Onlar hələ də, Allah haqqında mübahisə edirlər. O, Yenilməz gücə sahibdir.
Rad/13:13
Göy gurultusu Onu tərifləyərək, Mələklər də Onu hörmətlə Ucaldırlar. O, ildırımları göndərir və istədiyini onlarla vurar. Onlar hələ də, Allah haqqında mübahisə edirlər. O, Yenilməz gücə sahibdir.
İsra/17:44
Yeddi göy və onların içindəkilər Onu ucaldaraq xatırlayarlar. Heç bir şey yoxdur ki, Onu tərifləyərək və ucaldaraq xatırlamasın; amma siz onların xatırlamalarını anlamazsınız. O Şəfqətlidir, Bağışlayandır.
Ənbiya/21:19
Göylərdə və yerdə kim varsa Ona aiddir. Yanındakılar, Ona qulluq etməkdən böyüklənməz və tərəddüd etməzlər.
Nur/24:41
Cərgələr halında uçan quşlar daxil, göylərdə və yerdə olan hər kəsin Allahı ucaltdığını görmürsənmi? Hər biri öz duasını və ucaltma yöntəmini bilir. Allah onların etdiklərini yaxşı bilir.
Sad/38:17
Onların sözlərinə qarşı səbrli ol, bacarıqlı bir qulumuz olan Davudu xatırla; O sürəkli (Tanrıya) yönəlirdi.
Sad/38:18
Dağları onun əmrinə vermişdik; onunla birlikdə axşam və sübh çağı (Tanrını) ucaldırdılar.
Zumər/39:75
Mələkləri, yönətim (idarəetmə) mərkəzinin ətrafını əhatə etdiyi halda, Rəblərini tərifləyərək ucaltdıqlarını görərsən. Aralarında gerçəyə görə hökm verilmişdir və "Tərif aləmlərin Rəbbi Allahadır," deyilir.
Ğafir/40:7
İdarəetmə mərkəzinə xidmət edənlər və ətrafındakılar Rəblərini tərifləyərək ucaldırlar və Ona iman edirlər. İman edənlər üçün bağışlanma diləyərlər: "Rəbbimiz, rəhmətin və bilgin hər şeyi içinə almışdır. Tövbə edənlər və sənin yoluna tabe olanları bağışla və onları atəşin əzabından qoru."
Fussilət/41:38
Təkəbbürlənirlərsə, Rəbbinin yanındakılar heç yorulmadan gecə-gündüz Onu ucaldırlar.
Şura/42:5
Göylər az qala üstlərindən çatlayacaq. Mələklər Rəblərini tərifləyərək ucaldırlar və yer üzündəkilər üçün bağışlanma diləyərlər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Cumuə/62:1
Göylərdə və yerdə nə varsa, Allahı ucaldır. O Hökmrandır, Müqəddəsdir, Üstündür, Hikmət sahibidir.