Loğman - 31:12 Loğmana hikmət verdik: "Allaha şükür etməlisən!" Kim şükür edərsə, özü üçün şükür edər; kim nankorluq edərsə, əlbəttə Allah möhtac deyildir, Çox Tərifəlayiqdir."
"Yer üzündə olan hər kəslə birlikdə nankorluq etsəniz, bilin ki, Allah möhtac deyildir" - Məqsəd şükür etməz üz çevirər, nankorluq edərsəniz, Allah yerinizə nankorluq etməyən, bir cammatı gətirə biləcək zənginlikdədir:
Ənam/6:133 Rəbbin Zəngindir, Rəhmət Sahibidir. İstəsə, sizi götürər və sizi başqalarının soyundan necə gətirmişsə sizdən sonra da yerinizə istədiklərini yerləşdirər.

Fatir/35:15 Ey insanlar, siz Allaha möhtacsınız. Allah isə heç kimsəyə möhtac deyildir, Təriflənəndir.
Fatir/35:16 İstəyərsə, sizi götürər və yerinizə yeni məxluqları gətirər.

Muhəmməd/47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.

Maidə/5:54 Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.

Ənam/6:89 Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.