Loğman - 31:18 "Təkəbbür göstərərək insanları alçaltma, yer üzündə də özünü darta-darta gəzib dolanma. Allah özünü bəyənib öyünəni sevməz."
İman edənlər yer üzündə təvazökarlıqla gəzərlər:
Loğman/31:19 "Yerişində riyakarlıqdan çəkin və səsini də azalt. Ən çirkin səs eşşəklərin səsidir."
وَاقْصِدْ ف۪ي مَشْيِكَ وَاغْضُضْ مِنْ صَوْتِكَۜ اِنَّ اَنْكَرَ الْاَصْوَاتِ لَصَوْتُ الْحَم۪يرِ۟

İsra/17:37 Yer üzündə təkəbbürlü gəzib dolanma. Sən nə yeri yara bilərsən, nə də dağlar qədər hündür ola bilərsən.
وَلَا تَمْشِ فِي الْاَرْضِ مَرَحاًۚ اِنَّكَ لَنْ تَخْرِقَ الْاَرْضَ وَلَنْ تَبْلُغَ الْجِبَالَ طُولاً

Furqan/25:63 Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.
وَعِبَادُ الرَّحْمٰنِ الَّذ۪ينَ يَمْشُونَ عَلَى الْاَرْضِ هَوْناً وَاِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَاماً

Nisa/4:36 Allaha qulluq/xidmət edin, Ona heç bir şeyi və kimsəni ortaq qoşmayın. Ana-ataya, yaxınlara, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya (müsafirə) və andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqlarına yaxşı davranın. Allah özünü bəyənmiş təkəbbürlü şəxsləri sevməz.
وَاعْبُدُوا اللّٰهَ وَلَا تُشْرِكُوا بِه۪ شَيْـٔاً وَبِالْوَالِدَيْنِ اِحْسَاناً وَبِذِي الْقُرْبٰى وَالْيَتَامٰى وَالْمَسَاك۪ينِ وَالْجَارِ ذِي الْقُرْبٰى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنْبِ وَابْنِ السَّب۪يلِۙ وَمَا مَلَكَتْ اَيْمَانُكُمْۜ اِنَّ اللّٰهَ لَا يُحِبُّ مَنْ كَانَ مُخْتَالاً فَخُوراًۙ