Səcdə - 32:9
Sonra onu düzəldib formaya salıb ona ruhundan üfürdü. Sizə eşitmə və görmə bacarığı ilə beyinlər verdi; siz çox seyrək (hərdənbir) şükür edirsiniz.
İnsana şəkil (forma) verdi:
Muminun/23:12
Biz, insanı xüsusi bir palçıqdan yaratdıq.
Muminun/23:13
Sonra onu sağlam bir gözləmə yerində bir damcı halına gətirdik.
Muminun/23:14
Sonra, o damcını embrion olaraq formalaşdırdıq, sonra embrionu döl olaraq formalaşdırdıq, sonra dölü sümük olaraq formalaşdırdıq, sonra sümüyə ət geydirdik və sonra onu yeni bir məxluq halına saldıq. Surət verənlərin ən gözəli (olan) Allah çox Ucadır.
Tin/95:4
Biz insanı ən gözəl bir formada yaratdıq.
Təğabun/64:3
Göyləri və yeri bəlli bir məqsəd üçün yaratmış, sizə surət vermiş və surətinizi gözəlləşdirmişdir. Dönüş Onadır.
Ğafir/40:64
Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!
Əraf/7:190
Onlara qüsursuz bir övlad verincə, Onun onlara verdiyi bu hədiyəylə əlaqəli olaraq Ona ortaqlar qoşmağa başladılar. Allah onların ortaq qoşduqları hər şeydən çox Ucadır.
Ta ha/20:50
"Rəbbimiz, hər şeyə surətini verən və sonra yolunu göstərəndir!" dedi.
İnfitar/82:7
O ki, səni yaratdı, nizama saldı, uyğunlaşdırdı.
İnfitar/82:8
İstədiyi bir biçimdə səni yaratdı.
Həşr/59:24
O, Yaradan, Yoxdan var edən və Surətverən Allahdır. Bütün gözəl isimlər Onundur. Göylərdə və yerdə nə varsa Onu ucaldır. O, Üstündür, Hikmət Sahibidir.
Mursəlat/77:23
Biz ölçdük, biçdik. Biz ən yaxşı forma verənlərik.