Əhzab - 33:40 Muhəmməd, sizin erkəklərinizdən (kişilərinizdən) heç birinin atası deyil. Fəqət o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi Haqqıyla Biləndir.
Muhəmməd, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur:
Ali İmran/3:81 Allah peyğəmbərlərdən (nəbilərdən) bu cür söz almışdı: “Sizə Kitab və hikmət verəcəyəm, daha sonra yanınızdakıları təsdiqləyən bir elçi (rəsul) gəldiyi vaxt ona iman edəcək və onu dəstəkləyəcəksiniz. Bunu qəbul etdinizmi və bu sözləşməni yerinə yetirəcəyinizə dair söz verdinizmi?" - demişdi. Onlar "Qəbul etdik," - deyincə, "Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam," - demişdi.

Ğafir/40:34 Daha öncə Yusuf da sizə açıq-aşkar dəlillərlə gəlmişdi; fəqət sizə gətirdiyi mesajı sürəkli olaraq şübhə ilə qarşılamışdınız. Nəhayət o ölüncə, "Allah ondan sonra elçi göndərməyəcəkdir (O son elçidir)," demişdiniz. Allah, şübhədə həddi aşanı beləcə azdırır."

Cinn/72:26 O, gələcəyi Biləndir; və O sirrini heç kimsəyə göstərməz.
Cinn/72:24 Onlara söz verilən şeyi gördüklərində kimin yardımçısının gücsüz və sayca az olduğunu görəcəklər.
Cinn/72:25 De ki, "Sizə söz verilən yaxındırmı, yoxsa Rəbbim onun üçün uzun bir müddətmi müəyyən etmişdir bilmirəm."
Cinn/72:26 O, gələcəyi Biləndir; və O sirrini heç kimsəyə göstərməz.
Cinn/72:27 Ancaq seçdiyi bir elçi xaric; Həqiqətən O, o elçidən öncəyə və sonraya aid bir müşahidə (incələmə, araşdırma) təqdim edər.