Əhzab - 33:43
O ki, sizi qaranlıqlardan nura (aydınlığa) çıxarmaq üçün mələkləri ilə birlikdə sizi dəstəkləyir. O, iman edənlərə qarşı Rəhmlidir.
Kur'an bağışlanmamızın esaslarını içermesi dolayısyla Rab'bimizin bize merhametidir:
Muddəssir/74:54
Doğrusu, bu bir öyüd-nəsihətdir.
Muddəssir/74:55
İstəyən ondan öyüd alar.
Ənam/6:155
Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Muddəssir/74:56
Allah istəməzsə onlar öyüd ala bilməzlər. O, (Quran) müttəqi davranmanın qaynağıdır; bağışlamanın qaynağıdır.
Ənam/6:70
Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.
Təkvir/81:27
Bu, bütün insanlara bir mesajdır.
Təkvir/81:28
Sizdən doğru davranmaq istəyənlər üçün...
Ənam/6:51
Rəblərinin hüzuruna çıxacaqlarına görə həyəcanlananları onunla (Quranla) xəbərdar et. Ondan başqa bir sahibləri və şəfaətçiləri (vasitəçiləri) yoxdur. Bəlkə qorunarlar.