Əhzab - 33:60
İkiüzlülər, qəlblərində xəstəlik olanlar və şəhərdəki təcavüzkarlar (sizə qarşı olan hücumlarına) son verməzlərsə, səni onlara müsəllət edərik; sonra orada, sənin çevrəndə qısa bir vaxt qala bilərlər.
Kitap halkının ikiyüzlüleri elçiyi ve inananları etkisiz kılmak için mücadele ettiler:
Əhzab/33:25
Allah inkar edənləri öfkələriylə birlikdə əlləri boş olaraq geri çevirdi. Allah beləcə iman edənləri savaşdan qorudu. Allah güclüdür, Üstündür.
Əhzab/33:26
Və Kitab əhlindən onlara dəstək olanları qalalarından endirdi və ürəklərinə qorxu saldı. Bir qismini öldürür, bir qismini də əsir alırdınız.
Buruc/85:4
Xəndək xalqına təəssüflər olsun.
Buruc/85:5
Tutuşdurulmuş atəşin-
Buruc/85:6
Başında oturmuşlar,
Buruc/85:7
Və iman edənlərə etdikləri işgəncəni seyr edirlər.
Buruc/85:8
İman edənlərdən nifrət edirdilər. Sadəcə, onlar Üstün və Tərifəlayiq olan Allaha iman etdikləri üçün...
Əhzab/33:60
İkiüzlülər, qəlblərində xəstəlik olanlar və şəhərdəki təcavüzkarlar (sizə qarşı olan hücumlarına) son verməzlərsə, səni onlara müsəllət edərik; sonra orada, sənin çevrəndə qısa bir vaxt qala bilərlər.
Əhzab/33:61
Lənətlənərlər; Harada rast gəlinsələr, (hücumlarından əl çəkməsələr) yaxalanıb öldürülə bilərlər.
Əhzab/33:62
Öncəkilərə tətbiq edilmiş Allahın sünnətidir (qanunudur). Allahın sünnətində hər hansısa bir dəyişmə tapa bilməzsən.
İsra/17:76
Səni ölkədən çıxarmaq üçün az qala səni zorla qovacaqlar. Belə olsaydı, səndən sonra onlar da çox qalmayacaqlar.
Muhəmməd/47:13
Səni qovub çıxardan ölkəndən daha güclü neçə-neçə ölkələr var idi ki, onları məhv etdik, onlara yardım edən olmadı.
Ənfal/8:30
İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.
Mucadilə/58:8
Gizli toplantılar qurmaqdan çəkindirildikləri halda, hələ də çəkindirildikləri işdə israr edənlər diqqətini çəkmədimi? Onlar günah işləmək, düşmənçilik etmək və elçiyə itaətsizlik etmək məqsədi ilə gizli hazırlıqlar görürlər. Sənin yanına gəldiklərində, Allahın səni salamlamadığı bir şəkildə salamlayırlar. Öz aralarında, "Söylədiklərimizdən ötrü Allah bizi cəzalandırmalı deyildimi?" deyərlər. Cəhənnəm onlara yetər. Orada yanarlar; nə pis bir məskəndir orası.
Mumtəhənə/60:1
Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.
Nisa/4:80
Elçiyə itaət edən, Allaha itaət etmiş olar. Kim üz çevirərsə çevirsin; Biz səni onların üzərinə gözətçi göndərmədik.
Nisa/4:81
“Oldu, itaət edirik!” deyərlər. Ancaq Sənin yanından çıxdıqlarında onlardan bir qismi, söyləmiş olduqlarının əksinə (plan) qurur. Allah onların planlayıb qurduqları şeyləri qeyd edir. Onlara əhəmiyyət vermə; Allaha güvən. Dəstəkləyici olaraq Allah yetər.
Nisa/4:107
Özlərinə xainlik edənləri müdafiə etmə; Allah xəyanət edənləri və günah işləyənləri sevməz.
Nisa/4:108
İnsanlardan gizləyərlər amma Allahdan gizləyə bilməzlər. Halbuki Onun xoşlanmadığı düşüncələri qurarlarkən O onlarla bərabərdir. Allah onların bütün etdiklərini Əhatə Edir.
Munafiqun/63:1
İkiüzlülər sənin yanına gəldiklərində, "Sənin Allah elçisi olduğuna şəhadət edərik," deyərlər. Allah sənin Öz elçisi olduğunu bilir və Allah İkiüzlülərin yalan söylədiyinə də şəhadət edər.
Munafiqun/63:2
Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Etdikləri necə də pisdir.
Munafiqun/63:3
Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.
Munafiqun/63:5
Onlara, "Gəlin ki, Allahın elçisi sizin üçün bağışlanma diləsin," deyildiyində, başlarını çevirərlər; təkəbbür göstərərək yoldan çıxdıqlarını görərsən.
Muhəmməd/47:29
Qəlblərində xəstəlik olanlar, Allahın, onların kinlərini açığa çıxaracağını bilmirlərmi?