Əhzab - 33:65
Orada əbədi qalacaqlar. Nə bir vəli (sahib), nə də bir yardımçı tapa bilməzlər.
İnkar edənlər atəşdə əbədi qalırlar?
Hud/11:106
Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Hud/11:107
Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.
Əraf/7:40
Ayələrimizi inkar edənlərə və onlara qarşı təkəbbür göstərənlərə göyün qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə də Cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırırıq.