Əhzab - 33:70 Ey iman edənlər! Allahı layiqincə dinləyin və doğru söz söyləyin.
Allaha qarşı hörmətli olanların xüsusiyyətləri nələrdir?
Bəqərə/2:45 Çətinliklərə qarşı səbr və namaz ilə yardım diləyin. Əlbəttə bu, insanlara ağır gəlir; ancaq itaət edənlər xaric.

İbrahim/14:14 "Onlardan sonra o yurda sizi yerləşdirəcəyik. Bu, qayda-qanunlarıma hörmət göstərən və təhdidlərimdən qorxanlar üçündür."

İsra/17:107 De ki: "Ona istər iman edin, istər iman etməyin!" Daha öncə özlərinə bilgi verilənlərə oxunduğu zaman səcdə edərək üzüstə qapanırlar.
İsra/17:108 "Rəbbimiz Ucadır. Rəbbimizin sözü gerçəkləşmişdir!" deyərlər.
İsra/17:109 Ağlayaraq üzüstə qapanırlar; çünki o (ayələr) onların (Allaha olan) hörmətini artırır.

Ənbiya/21:49 O kəslər ki, kimsə onları görməzkən belə Rəblərinə ehtiram edərlər və Saatın dəhşətini hiss edərlər.
Ənbiya/21:90 Duasını qəbul etdik və ona Yəhyanı verdik. Onun üçün arvadının durumunu düzəltdik. Çünki onlar yaxşı işlərdə yarışırlar, Bizə ümid edərək və qorxaraq yalvarırdılar. Onlar Bizə hörmət edənlərdi.

Muminun/23:2 Həqiqətən onlar namazlarında ehtiramlıdırlar.
Muminun/23:23 Nuhu xalqına göndərmişdik və demişdi: "Xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"

Səcdə/32:16 Yataqlarından qalxıb qorxaraq və ümid edərək Rəblərinə yalvararlar. Onlara verdiyimiz nemətlərdən də verərlər.

Fatir/35:18 Kimsə kimsənin günahını yüklənməz. Günahla yüklənmiş birisi yükünü daşımaq üçün əqrəbalarını belə çağırsa onun yükündən heç bir şey daşınmaz. Sən yalnızca, öz başlarına ikən Rəblərinə hörmət edən və namazı qoruyan şəxsləri xəbərdar edə bilərsən. Kim özünü təmizləyərsə, öz xeyrinə təmizlənmişdir. Dönüş Allahadır.

Ya sin/36:11 Sən ancaq, mesaja tabe olan və yalnız başına ikən Rəhmana qarşı hörmətli olan bir kimsəni xəbərdar edə bilərsən. Onu bağışlanma və bol bir mükafatla müjdələ.

Qaf/50:33 Onlar yalnız olduqlarında belə Rəhmana hörmət edərlər və (Ona) yönəlmiş bir qəlb gətirənlərdir.

Mulk/67:12 O kəslər ki, kimsə onları görməzkən belə Rəblərinə ehtiram edərlər. Bir bağışlanma və böyük bir mükafat vardır.

Naziat/79:40 Rəbbinin məqamına qarşı hörmət göstərən və özünü pis arzulardan saxlayanlara gəlincə,