Əhzab - 33:73 Beləcə, Allah ikiüzlü kişiləri və qadınları, ortaq qoşan kişiləri və qadınları cəzalandırar və Allaha iman edən kişilərin və qadınların tövbələrini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.
Allah ortaq qoşaraq ölənləri nə üçün əfv etməz?
Nisa/4:48 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.
Nisa/4:116 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.