Səba - 34:14 Ölümünə hökm verdiyimiz zaman, onlara onun ölmüş olduğunu, ancaq dəyənəyini yeyən bir yer məxluqu göstərdi. Yıxıldığı zaman cinlər gerçəyi fərq etdi: görülməyəni (qeybi) bilsəydilər, o alçaldıcı çətin işə davam etməzdilər.
34: 12, 13, 14 Cinlər əmri ilə çalışırdı: Əlaqəli
Ənbiya/21:81 Süleymana da bərəkətli etdiyimiz torpaqlara doğru əsən boranın əmrini verdik. Biz hər şeyi yaxşı bilirik.
Ənbiya/21:82 Və onun üçün dalğıclıq edən və bununla yanaşı başqa işlər də görən şeytanları da... Onlara Biz nəzarət edirdik.

Sad/38:34 Süleymanı beləcə sınadıq; onun hökmranlığına maddi zənginlik qatdıq; ancaq o tamamilə (Tanrıya) yönəldi.
Sad/38:35 Dedi ki, "Rəbbim məni bağışla. Mənə, məndən sonra kimsənin yetişə bilməyəcəyi bir hakimiyyət ver. Sən Bəxşedənsən."
Sad/38:36 Bundan sonra əmri ilə hərəkət edən küləyi onun əmrinə verdik. İstədiyi yerə yağmur yağdırırdı.
Sad/38:37 Şeytanları da, bənnalar və dalğıclar olaraq...
Sad/38:38 Və zəncirlərlə bir-birinə bağlı gözləyən ehtiyatda olanları da...
Sad/38:39 "Bu Bizim bəxşişimizdir! İstəyirsən ver, istəyirsən tut saxla, tükənməz."

Səba/34:12 Süleymana da, səhər gedişi bir ay(lıq yol gedən), axşam dönüşü də bir ay(lıq yol gedən) küləyi verdik və onun üçün petrol qaynağını fışqırdaraq axıtdıq. Rəbbinin izni ilə, cinlərdən də bir qismi əmrində çalışırdı. Onlardan kim əmrimizdən çıxarsa, ona çətin bir cəzanı daddırardıq.
Səba/34:13 O nə istəyərdisə, onun üçün düzəldərdilər: Mehrablar, heykəllər, dərin hovuzlar və ağır qazanlar... Ey Davud ailəsi, şükür bəlirtisi (əlaməti) olaraq çalışın. Qullarımdan çox azı şükür edəndir.
Səba/34:14 Ölümünə hökm verdiyimiz zaman, onlara onun ölmüş olduğunu, ancaq dəyənəyini yeyən bir yer məxluqu göstərdi. Yıxıldığı zaman cinlər gerçəyi fərq etdi: görülməyəni (qeybi) bilsəydilər, o alçaldıcı çətin işə davam etməzdilər.