Fatir - 35:10
Şərəf-şan arzulayanlar, bilsin ki, bütün şərəf-şan Allaha aiddir. Gözəl söz Ona çıxar, yaxşı iş də onu yüksəldir. Pislik planlayanlar üçün çətin (şiddətli) bir əzab vardır və onların planı müvəffəqiyyətsizliklə nəticələnəcəkdir.
Gözəl söz Ona yüksələr:
İbrahim/14:24
Görmürsənmi ki, Allah gözəl bir sözü, gözəl bir ağaca bənzədir? Kökü sabit, budaqları isə göydədir.
İbrahim/14:25
Rəbbinin izni ilə hər mövsüm meyvələrini verir. Öyüd almaları üçün Allah insanlara bu cür örnəklər verir.
Bəqərə/2:263
Gözəl bir söz və xoş rəftar, ardından qürur qırıcı davranışlar gətirən bir yardımdan daha xeyirlidir. Allah Zəngindir, Şəfqətlidir.