Fatir - 35:20 Nə də qaranlıqlar ilə nur.
Nurdan məqsəd nədir?
Şura/42:52 Biz beləcə sənə qatımızdan bir ruh vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Ancaq onu, istədiyimiz qulları doğruya yetişdirən bir nur etdik. Sən əlbəttə doğru yola bələdçilik edirsən.

Maidə/5:15 Kitab əhli, kitabın gizlədiyiniz bir çox bölümünü açıqlayan və bir çoxunu da üzünüzə vurmayan elçimiz gəldi sizə. Allahdan bir nur və açıq-aşkar bir kitab da gəldi sizə.
Maidə/5:16 Onunla Allah, rizasına diqqət edənləri barış və hüzur yollarına yönəldir. İzniylə onları qaranlıqlardan aydınlığa çıxararaq onları ən doğru yola yönəldir.

İbrahim/14:1 Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...

Əhzab/33:45 Ey Peyğəmbər! Biz səni bir şahid, bir müjdəçi və bir xəbərdar edici olaraq göndərdik.
Əhzab/33:46 Allaha, Onun izni ilə çağıran bir dəvətçi və aydınladıcı bir nur olaraq...

Zumər/39:22 Allah kimin köksünü İslama açarsa, o Rəbbindən bir nur üzərindədir. Allahın mesajına qarşı qəlbləri qatılaşanların vay halına. Onlar açıq-aydın bir azğınlıqdadır.

Qaf/50:8 Hər yönələn qul üçün bu bir aydınlatma və mesajdır.

Talaq/65:11 Bir elçi göndərmişdir. İman edib müttəqi davrananları qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Allahın açıq-aşkar ayələrini oxuyur. Kim Allaha iman edər və müttəqi davranarsa, onu içində çaylar axan cənnətlərə daxil edər; orada əbədi qalarlar. Allah ona gözəl ruzi vermişdir.