Fatir - 35:34 Və deyərlər: "Narahatçılıqlarımızı aradan qaldıran Allaha təriflər olsun! Rəbbimiz gerçəkdən Bağışlayandır, Təqdir Edəndir."
Allah Təqdir Edəndir:
İnsan/76:20 Haraya baxsan nemətlər və böyük bir səltənət görərsən.
İnsan/76:21 Üstlərində yaşıl məxmərdən paltarlar və ipəklər vardır. Gümüş bilərziklər taxmışdırlar. Rəbləri onlara təmiz bir içki içirdər.
İnsan/76:22 Bu, mükafatınızdır və göstərdiyiniz səy üçün təşəkkür edilmişdir.

Fatir/35:33 Ədn (sonsuzluğadək davam edən) cənnətlərinə girərlər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.
Fatir/35:34 Və deyərlər: "Narahatçılıqlarımızı aradan qaldıran Allaha təriflər olsun! Rəbbimiz gerçəkdən Bağışlayandır, Təqdir Edəndir."

Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Nisa/4:147 Siz şükür edib və iman etsəniz, Allah sizi nə üçün cəzalandırsın ki? Allah Qarşılıq Verəndir, Güclüdür.

Şura/42:23 Allah, iman edib müttəqi davranan qullarını belə müjdələyir. De ki, "Mən sizdən, əqrəbalıq sevgisindən başqa hər hansısa bir ücrət istəmirəm." Kim bir yaxşılıq işləyərsə, onun yaxşılığını artırarıq. Allah Bağışlayandır, Təqdir Edəndir.

Bəqərə/2:158 Səfa və Mərvə (təpələri) Allahın işarələrindəndir. Həcc və ya ziyarət (ümrə) üçün Evə gələn birisi o ikisi arasında gedib-gələ bilər. Kim könüldən bir yaxşılıq edərsə, Allah təşəkkürə qarşılıq verəndir, Biləndir.

Muzzəmmil/73:20 Rəbbin, sənin və yoldaşlarından bir qrupun, gecənin üçdə ikisindən az, yarısında və üçdə birində qalxdığını bilir. Gecənin və gündüzün miqdarını Allah təyin edər. O, sizin bunu edə bilməyəcəyinizi bildiyi üçün sizi əfv etmişdir. Elə isə Qurandan sizə asan gəldiyi qədər oxuyun. Aranızda xəstələr, yer üzündə Allahın lütfündən ruzi axtaranlar və Allah yolunda savaşanlar olduğunu bilməkdədir. Ondan sizə asan gəldiyi qədər oxuyun. Namazı qoruyun, zəkatı verin və gözəl davranmaq yolu ilə Allaha bir borc verin. Özünüz üçün etdiyiniz hər yaxşılığı, Allah qatında daha yaxşı və daha böyük bir mükafat olaraq görəcəksiniz. Allahdan bağışlanma diləyin; Allah Bağışlayandır, Rəhmlidir.