Fatir - 35:34 Və deyərlər: "Narahatçılıqlarımızı aradan qaldıran Allaha təriflər olsun! Rəbbimiz gerçəkdən Bağışlayandır, Təqdir Edəndir."
35: 33, 34, 35 ilə əlaqəli
Əraf/7:42 İman edib müttəqi bir həyat yaşayanlara gəlincə, biz heç kimsəyə gücünün yetdiyindən artıq məsuliyyət yükləmərik; onlar cənnət əhlidir. Onlar orada əbədi qalıcıdırlar.
Əraf/7:43 Kökslərindən kin və qısqanclıq duyğularını çıxardıq. Altlarından çaylar axarkən: "Bizi buna yetişdirən Allaha təriflər olsun. Allah bizi doğruya yönəltməsəydi biz doğrunu tapa bilməzdik. Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər," dedilər. Onlara: "Bax bu Cənmət sizindir. Etdiklərinizə qarşılıq olaraq onu miras aldınız," deyə səsləndik.

Fatir/35:33 Ədn (sonsuzluğadək davam edən) cənnətlərinə girərlər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.
Fatir/35:34 Və deyərlər: "Narahatçılıqlarımızı aradan qaldıran Allaha təriflər olsun! Rəbbimiz gerçəkdən Bağışlayandır, Təqdir Edəndir."
Fatir/35:35 "O ki, lütfü ilə bizi (əbədi) olacaq yurda yerləşdirdi. Orada nə bir yorulma, nə də bir üzüntü hiss edərik."

Zumər/39:73 Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.
Zumər/39:74 "Bizə verdiyi sözü gerçəkləşdirən, yeri bizə miras buraxan və cənnətdə istədiyimiz yerdə sakin olmağımızı təmin edən Allaha təriflər olsun", deyərlər. Çalışanların (səy göstərənlərin) ücrəti necə də gözəlmiş!
Zumər/39:75 Mələkləri, yönətim (idarəetmə) mərkəzinin ətrafını əhatə etdiyi halda, Rəblərini tərifləyərək ucaltdıqlarını görərsən. Aralarında gerçəyə görə hökm verilmişdir və "Tərif aləmlərin Rəbbi Allahadır," deyilir.