Ya sin - 36:20 Şəhərin ən uzaq tərəfindən bir adam qaçaraq, dedi ki, "Ey xalqım! Elçilərə tabe olun."
13, 14....29 ayələrində anladılan, elçilərini uğursuzluqla suçlayan və bir partlama ilə məhv edilən şəhər; Səmud:
Nəml/27:45 Səmuda qardaşları Salehi, "Allaha qulluq edin," desin deyə göndərdik. Bundan sonra, mübahisə edən (ixtilafa düşən) iki qrupa ayrıldılar.
Nəml/27:46 Dedi: "Ey xalqım, Nə üçün yaxşılığın yerinə pislik üçün tələsirsiniz? Mərhəmət olunmağınız üçün Allahdan bağışlanma diləməyinizə ehtiyac yoxdur?"
Nəml/27:47 Dedilər ki, "Sən və bərabərindəkilər bizə uğursuzluq gətirdiniz." Dedi ki, "Sizin uğursuzluğunuz Allahdan gəlməkdədir. Doğrusu siz sınağa çəkilən bir camaatsınız."

Qamər/54:24 Dedilər ki, "Bizdən olan bir insanamı tabe olaq? O zaman biz yoldan çıxar və cəhənnəmə girərik."
Qamər/54:25 "Mesaj aramızdan onamı verildi? O, həddini bilməz yalançının biridir."
Qamər/54:26 Həddini bilməz yalançının kim olduğunu sabah öyrənəcəklər.
Qamər/54:27 Dəvəni bir sınaq olaraq göndərəcəyik. Onlara nəzər sal, səbrli ol.
Qamər/54:28 Onlara, suyun (dəvə ilə) aralarında bölüşdürüləcəyini bildir. Hər içim növbə ilə veriləcəkdir.
Qamər/54:29 Bir yoldaşlarını çağırdılar. O da çəkib (dəvəni) kəsdi.
Qamər/54:31 Üzərlərinə tək bir partlama göndərdik və onlar (heyvanlar üçün) ağıl düzəldənin topladığı saman yığınına döndülər.