Saffat - 37:10 Bir söz qapan olarsa, onu, deşici bir şüa təqib edər.
Qalaktikalar şeytanlardan necə və nə üçün qorunur?
Hicr/15:16 Göydə qalaktikalar yerləşdirdik və seyr edənlər üçün onları süslədik.
Hicr/15:17 Və onları hər qovulmuş şeytandan qoruduq.

Fussilət/41:12 Beləcə onları iki gündə yeddi göy olaraq tamamladı və hər göyə özünəməxsus qanunları bildirdi. Və Biz ən aşağıdakı göyü isə qəndillərlə və qoruma sistemi ilə təchiz etdik. Bu, Üstün və hər şeyi Bilənin planıdır.

Mulk/67:5 Ən aşağı göyü qəndillərlə süslədik və onları şeytanlar üçün bir daşlama etdik. Onlara alovlu atəş əzabını hazırladıq.

Cinn/72:1 De ki, "Mənə vəhy edildiyinə görə, cinlərdən bir qrup dinlədilər və belə dedilər: "Biz diqqət çəkən bir Quran eşitdik."
Cinn/72:2 "O, doğruya yönəldir və biz ona iman etdik; bundan sonra Rəbbimizə heç kimsəni ortaq qoşmayacağıq."
Cinn/72:3 "Rəbbimiz çox ucadır. O, nə bir həyat yoldaşı, nə də bir övlad seçməmişdir."
Cinn/72:4 "Allah haqqında əsassız şeylər söyləyən bizim o beyinsizdir."
Cinn/72:5 "İnsanların və cinlərin Allaha qarşı yalan uydura bilməyəcəklərini sanmışdıq."
Cinn/72:6 "Halbuki bəzi insanlar, bəzi cinlərə sığınırdılar və bu da onların azğınlıqlarını artırırdı."
Cinn/72:7 "Onlar, eyni sizin sandığınız kimi, Allahın heç bir kimsəni göndərməyəcəyini sanırdılar."
Cinn/72:8 "Biz göyə toxunduq və onu güclü nəzarətçilərlə və atəş toplarıyla qorunmuş gördük."
Cinn/72:9 "Biz orada cəsusluq üçün otururduq. Ancaq indi hər kim dinləmək istəyərsə, onu gözləyən bir atəş topuna rast gələr."
Cinn/72:10 "Yerdəkilər üçün bir pislikmi planlanmışdır, yoxsa Rəbləri onlar üçün bir yaxşılıqmı istəmişdir, bilmirik."

Saffat/37:6 Biz ən aşağıdakı göyü planetlər ilə süsləyib,
Saffat/37:8 Ali topluluğu dinləyə bilməzlər; hər yandan atılarlar.
Saffat/37:10 Bir söz qapan olarsa, onu, deşici bir şüa təqib edər.

Şuəra/26:212 Çünki onlar eşitməkdən uzaqlaşdırılmışdırlar.

Rahmən/55:33 Ey insanlar və cinlər topluluğu, göylərin və yerin hüdudlarını aşmağa gücünüz yetirsə, aşıb keçin. Bir səlahiyyətə (gücə, imkana) sahib olmadan keçə bilməzsiniz.
Rahmən/55:35 Üzərinizə atəşdən toplar və şüalar göndərilər; yardım görməyəcəksiniz.