Saffat - 37:107 Və Biz ona fidyə olaraq böyük bir qurban verdik.
102, 103, ... 107 ayələri əsasında; İbrahim peyğəmbər, tam bir təslimiyyətə sahib olmaq adına bir növ Rəbbini sınamış, sorğulamış, ölüləri necə diriltdiyinə dair möcüzə tələb etmişdi. İndi də Rəbbi tərəfindən İbrahim sınağa çəkilir, möcüzədən sonra tam bir təslimiyyətə sahib oldumu? Eyni vəziyyət həvarilər üçün də keçərlidir:
Bəqərə/2:260 İbrahim, “Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər,” - demişdi. "Yoxsa inanmırsan?" - dedi. "Bəli; ancaq qəlbimi gücləndirməsi üçün," - dedi. “Dörd quş al və onları yaxşıca araşdır (fərqli xüsusiyyətlərini tanı). Sonra hər bir dağın üzərinə onlardan bir qismini yerləşdir. Daha sonra onları çağır. Dərhal sənin yanına gələcəklər. Biləsən ki, Allah Güclüdür, Hikmət Sahibidir," - dedi.

Ali İmran/3:50 "Məndən öncəki Tövratı təsdiqləmək və sizə haram edilən bəzi şeyləri halal etmək üçün göndərildim. Sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahı dinləyin və məni izləyin."
Ali İmran/3:51 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."
Ali İmran/3:52 İsa onlardan inkarçı bir rəftarı hiss edincə, "Allah yolunda kim mənə yardımçı olacaq?" - dedi. Tələbələri, “Biz Allahın yardımçılarıyıq; Allaha iman etdik. Müsəlman olmağımıza şahid ol", deyə qarşılıq verdilər.
Ali İmran/3:53 "Rəbbimiz, nazil etdiyinə iman etdik və elçiyə tabe olduq. Bizi şahidlər siyahısına yaz!”

Maidə/5:111 Həvarilərə (tələbələrə): "Mənə və elçimə iman edin," - deyə vəhy etdiyimdə; "İman etdik, Bizim müsəlman (təslim) olmamıza şahid ol," - demişdilər.
Maidə/5:112 Həvarilər, "Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir ziyafət verə bilərmi?" - demişdilər. "İman edirsinizsə, Allaha ehtiram edin," - demişdi.
Maidə/5:113 "İstəyirik ki, ondan yeyək, qəlbimiz rahat olsun, sənin bizə doğru söylədiyini bilək və ona şahid olaq."
Maidə/5:114 Məryəm oğlu İsa: "Tanrımız, Rəbbimiz, bizə göydən bir ziyafət endir ki, hamımız və hər birimiz üçün bir bayram və Səndən bir dəlil olsun. Bizi ruziləndir. Sən ən yaxşı ruzi verənsən," - dedi.
Maidə/5:115 Allah, "Onu sizə endirəcəyəm," - dedi, "Kim artıq bundan sonra inkar edərsə, onu, heç kimsəyə vermədiyim bir əzabla cəzalandıracağam."

Saff/61:14 Ey iman edənlər, Allahı dəstəkləyənlər olun. Necə ki, Məryəm oğlu İsa, tələbələrinə, "Allah yolunda kim mənim dəstəkçilərim olar?" deyə soruşmuşdu. Tələbələri, "Biz Allahın dəstəkçiləriyik," demişdilər. İsrail oğullarından bir qrup iman etdi, bir qrup da inkar etdi. İman edənləri düşmənlərinə qarşı dəstəklədik; onlar üstün gəldilər.