Saffat - 37:117 Və o ikisinə açıq-aşkar dərk edilən Kitabı verdik.
Biz Musaya və Haruna yaxşılıq etmişdik: Məqsəd nədir?
Nisa/4:69 Allaha və elçisinə itaət edənlər, Allahın özlərinə yaxşılıq etdiyi peyğəmbərlər, təsdiqləyənlər, şəhidlər və salehlər ilə bərabərdirlər. Onlar nə gözəl yoldaşdır.

Fatihə/1:7 Qəzəbə uğrayanların və sapmışların deyil; özlərinə yaxşılıq etdiyin kimsələrin yoluna...

Ənam/6:84 Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Ənam/6:85 Zəkəriyya, Yəhya, İsa və İlyasa da... Hamısı da yaxşılardan idi.
Ənam/6:86 İsmail, Əl-Yəsə, Yunus və Luta da... Hamısını insanlara üstün etdik.
Ənam/6:87 Atalarından, soylarından və qardaşlarından bir çoxunu seçib doğru yola yönəltdik.
Ənam/6:88 Allahın hidayəti belədir. Qullarından istədiyini və/və ya istəyəni ona yetişdirir. Ortaq qoşsaydılar etdikləri boşa çıxardı.
Ənam/6:89 Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.
Ənam/6:90 Bunlar, Allahın doğru yola yetişdirdikləridir. Onların yoluna tabe ol. De ki: "Mən buna qarşılıq sizdən bir ücrət istəmirəm. Bu, sadəcə bütün insanlara bir mesajdır."