Saffat - 37:126 Allah sizin və keçmişdəki atalarınızın Rəbbidir.
Allah sizin və keçmişdəki atalarınızın Rəbbidir: Əlaqəli
Bəqərə/2:21 Ey insanlar! Sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə qulluq edin ki, qorunasınız.
يَٓا اَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذ۪ي خَلَقَكُمْ وَالَّذ۪ينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَۙ

Şuəra/26:26 Dedi ki, "Sizin də, öncəki atalarınızın da Rəbbidir."
قَالَ رَبُّكُمْ وَرَبُّ اٰبَٓائِكُمُ الْاَوَّل۪ينَ

Saffat/37:126 Allah sizin və keçmişdəki atalarınızın Rəbbidir.
اَللّٰهَ رَبَّكُمْ وَرَبَّ اٰبَٓائِكُمُ الْاَوَّل۪ينَ

Duxan/44:8 Ondan başqa tanrı yoxdur. Dirildir, öldürür. Sizin də, öncəki atalarınızın da Rəbbidir.
لَٓا اِلٰهَ اِلَّا هُوَ يُحْـي۪ وَيُم۪يتُۜ رَبُّكُمْ وَرَبُّ اٰبَٓائِكُمُ الْاَوَّل۪ينَ